Dünya
2873
06 Jul 2026 | 21:00

"Rusiyanın ən böyük neft zavodlarından biri vuruldu, Krım körpüsü bağlandı" - Ukrayna KİV

Ukrayna Omskdakı neft emalı zavoduna və Kerçdəki hərbi hədəflərə zərbələr endirdiyini açıqlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Xüsusi Əməliyyat Qüvvələri Rusiyanın Omsk vilayətində, Ukrayna sərhədindən təxminən 2 500 kilometr aralıda yerləşən Omsk Neft Emalı Zavoduna zərbə endirib. 

Kiyevin məlumatına görə, bu müəssisə Rusiyanın ən böyük neft emalı zavodudur və işğalçı ordunun yanacaq təminatında mühüm rol oynayır. Hücum nəticəsində zavod ərazisində yanğın baş verdiyi, ilkin məlumata əsasən, əsas neft emalı qurğularından birinin zədələndiyi bildirilir.

Bununla yanaşı, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi işğal altındakı Kerç şəhərində yerləşən hava limanında iki ədəd "Orion" zərbə-kəşfiyyat pilotsuz aparatının məhv edildiyini açıqlayıb. Kiyevin iddiasına görə, ümumi dəyəri 10 milyon dollardan çox olan bu aparatlar idarəolunan aviasiya bombaları və "Banderol" tipli sursatları daşımaq imkanına malik idi.

Bu hadisələr fonunda Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti dayandırılıb. Rusiya rəsmiləri bağlanmanın səbəbini açıqlamayıb, sürücülərə isə təhlükəsizlik əməkdaşlarının göstərişlərinə əməl etmələri tövsiyə olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər