Dünya
8151
03 Jul 2026 | 18:50

"Zelenski Rusiyaya niyə 40 gün vaxt verdi?" - "The Economist"

Ukrayna Krıma təzyiqi artıraraq Rusiyanı danışıqlara məcbur etməyə çalışır.

Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyaya verdiyi "40 günlük müddət" hərbi deyil, daha çox siyasi və psixoloji mesaj daşıyır.

Moderator.az xəbər verir ki, bu barədə "The Economist" nəşri yazır.

Nəşrin qeyd etdiyi kimi, Ukrayna son aylarda Rusiyanın neft emalı zavodlarına, hava hücumundan müdafiə sistemlərinə, həmçinin Krıma gedən yollar, körpülər və logistika marşrutlarına zərbələri gücləndirib. Məqsəd yarımadadakı Rusiya qoşunlarının təchizatını çətinləşdirmək və Moskvanı danışıqlara sövq etməkdir.

Krım tam təcrid olunmayıb

Məqalədə bildirilir ki, Ukrayna son üç ayda Rusiyanın 70-dən çox hava hücumundan müdafiə sistemini məhv etdiyini iddia edir. Bununla belə, ekspertlər Krımın hələ də tam blokadaya alınmadığını, Rusiya ordusunun bir neçə həftəlik yanacaq ehtiyatına malik olduğunu vurğulayırlar. Eyni zamanda, Donbasda vəziyyət Ukrayna üçün çətin olaraq qalır. Rusiya canlı qüvvə və artilleriya üstünlüyünü saxlayır, cəbhənin müxtəlif istiqamətlərində irəliləməyə çalışır.

Avqust həlledici ola bilər 

Nəşr hesab edir ki, Zelenskinin "40 gün" bəyanatı mümkün danışıqların avqust ayında başlaması ehtimalı ilə əlaqəlidir. Ukrayna ümid edir ki, Krıma artan təzyiq Vladimir Putini ciddi sülh danışıqlarına məcbur edəcək.

Nəşr vurğulayır ki, bu müddət döyüş meydanındakı vəziyyəti köklü şəkildə dəyişməsə də, informasiya müharibəsində mühüm rol oynayır və həm Ukrayna cəmiyyətinin ruh yüksəkliyini, həm də Qərbin dəstəyini qorumağa xidmət edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər