Axtarışın uğuru bir neçə faktordan asılıdır:
Şəxsin sosial şəbəkələrdə aktivliyi, profil fotolarının açıq olması, yüklənən şəklin keyfiyyəti və icazəsi, şəklin üz fokuslu və aydın olması.
Aşağı keyfiyyətli, uzaqdan çəkilmiş və ya monitordan çəkilmiş şəkillərlə nəticə əldə etmək çətin olur. Həmçinin gizlilik (privacy) ayarları aktivdirsə, axtarış nəticə verməyə bilər.
Maksimum effektivlik üçün:
Şəkildə yalnız bir nəfər olmalıdır, üz aydın görünməlidir, arxa fon mümkün qədər sadə və ya bulanıq edilməlidir, lazımsız detalları kəsmək tövsiyə olunur.
Foto redaktor vasitəsilə parlaqlıq, kəskinlik və səs-küy azaldılması kimi düzəlişlər etmək axtarışın uğur şansını artırır.
Ən populyar platformalardan biri Search4Faces hesab olunur. Sistem üz tanıma texnologiyasından istifadə edir və bəzi hallarda Instagram, TikTok və digər platformalarda uyğun profillər tapır.
PimEyes süni intellekt əsaslı üz tanıma sistemidir. O, təkcə eyni şəkli deyil, oxşar üzləri də axtara bilir. Pulsuz versiyada məhdud sayda axtarış mümkündür, geniş funksiyalar isə ödənişlidir.
TinEye tamamilə pulsuz əks şəkil axtarış sistemidir. Lakin əsasən eyni və ya identik şəkilləri tapır, üz tanıma funksiyası məhduddur.
Google Lens vasitəsilə Google üzərindən şəkil axtarışı aparmaq mümkündür. Sistem uyğun şəkilləri göstərir, lakin nəticələri istifadəçi özü analiz etməlidir.
Search by Image, Image Search Options və Reverse Image Search kimi genişlənmələr şəkil üzərində sağ klik etməklə birbaşa axtarış imkanı yaradır.
Telegram platformasında da müxtəlif axtarış botları mövcuddur:
@J369_bot, @Poiskovichokbot, @FaceLeakBot, @fotoposhuk_bot
Botlar göndərilən şəkil əsasında açıq mənbələrdə axtarış aparır və mümkün uyğunluqları link şəklində təqdim edir.
Android üçün Photo Sherlock, FoundFace
iOS üçün Search By Image & Find Person
Bu tətbiqlər əks şəkil axtarışı və bəzi hallarda üz tanıma texnologiyası ilə işləyir.
Lenso.ai süni intellekt vasitəsilə internetdə oxşar üzləri tapmağa imkan verir və nəticələri kateqoriyalar üzrə göstərir.
SocialFinder.ai böyük məlumat bazası üzərindən üz tanıma apararaq mümkün sosial şəbəkə profillərini tapmağa çalışır.
FaceSearch brauzer üzərindən işləyən pulsuz alətdir və şəkil yükləməklə açıq mənbələrdə uyğunluq axtarır. /Lent.az/