Digər
280
11:05, Bu gün

"WhatsApp"a yeni funksiya GƏLDİ

"WhatsApp" tətbiqində qrup çatlarının idarəetmə imkanlarını genişləndirən yeni funksiya istifadəyə verilib.
 
Moderator.az bildirir ki, yeniliyin tətbiqi barədə məlumat xidmətin rəsmi saytında dərc olunub.
 
Yeniliyə əsasən, qrup administratorları və iştirakçıları yeni qoşulan istifadəçilərə 100-ə qədər son mesajı göndərə biləcəklər. Bu, ekran görüntüsü və ya ayrıca yönləndirmə ehtiyacını aradan qaldırır və yeni üzvlərin müzakirələrə daha tez qoşulmasına imkan yaradır.
 
Şirkət bildirir ki, mesaj tarixçəsi başdan-başa şifrələmə ilə qorunur və paylaşım zamanı qrup üzvlərinə bildiriş göndərilir.
 
Administratorlar istədikləri halda bu funksiyanı deaktiv edə bilərlər.
 
Yenilik mərhələli şəkildə istifadəyə verilir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər