Digər
51
18:21, Bu gün

"iPhone" batareyasının köhnəlməsinin qarşısını necə almaq olar?

"Apple" "iPhone"un batareyasının xidmət müddətini uzatmaq və sürətlənmiş aşınmanın qarşısını almaq üçün onu düzgün necə enerji ilə doldurmaq lazım olduğuna dair rəsmi xəbərdarlıq yayıb.
 
Moderator.az xəbər verir ki, şirkətin məlumatına görə, smartfonun 100%-ə qədər doldurulması litium-ion akkumulyatorun daha tez köhnəlməsinə səbəb olur və batareyanın daxilində kimyəvi və mexaniki gərginlik yaradır. "SuperCardBlondie" yazır ki, bu hal xüsusilə cihazın 1-2 il aktiv istifadəsindən sonra daha aydın hiss olunur.
 
"Apple" "iPhone"un enerji səviyyəsini tam 100 faizə çatdırmamağı, təxminən 95% səviyyəsində doldurmanı dayandırmağı tövsiyə edir. Bu sadə yanaşma batareyanın aşınmasını azaltmağa və avtonomluqda ciddi dəyişiklik olmadan onun uzunömürlülüyünü artırmağa imkan verir.
 
Şirkət həmçinin rəsmi sertifikatlaşdırılmış enerji adapterləri və kabellərdən istifadə etməyin vacibliyini vurğulayır. Çünki ucuz "Çin istehsalı" adapter və kabellər təhlükəsizlik standartlarına cavab verməyə, hətta yanğın riski və ya cihazın zədələnməsi ilə nəticələnə bilər.
 
Bundan başqa, "Apple" iOS sistemində "Optimized Battery Charging" funksiyasını tətbiq edib. Bu funksiya "iPhone" yüksək enerji səviyyəsinə çatdıqda doldurmanı avtomatik şəkildə ləngidir və akkumulyatorun sağlamlığını qoruyur. Süni intellekt vasitəsilə istifadəçi vərdişləri öyrənilir və telefon 100%-ə yalnız istifadə vaxtına yaxın doldurulur.
 
Beləliklə, "iPhone" batareyasının mümkün qədər uzun müddət stabil işləməsini istəyirsinizsə, onu daim 100%-ə qədər doldurmaqdan çəkinin və enerji yığımı zamanı 95% qaydasına əməl edin.
 
Qeyd edək ki, daha əvvəl "Apple" istifadəçiləri "iPhone"u gecə boyu enerji yığımı vəziyyətində saxlamaqdan çəkinməyə çağırmışdı, xüsusilə də cihaz yastığın, yorğanın altında və ya bədənə yaxın olduqda. /valyuta.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər