ADSEA nümayəndələri Almaniyada beynəlxalq tədbirdə çıxış ediblər - FOTOLAR
Digər
784
31 Oct 2025 | 13:07

ADSEA nümayəndələri Almaniyada beynəlxalq tədbirdə çıxış ediblər - FOTOLAR

27–30 oktyabr tarixlərində Almaniyanın Bonn şəhərində keçirilən 6-cı Qlobal Su Operatorları Tərəfdaşlığı (WOPs) Konqresində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri v.m.i.e Tahir Xəlilov və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, Beynəlxalq Əməkdaşlıq və Elm şöbəsinin müdiri Riad Axundzadə iştirak ediblər.  
 
Moderator.az xəbər verir ki, tədbir çərçivəsində çıxış edən Tahir Xəlilov su ehtiyatlarının idarə olunmasında beynəlxalq əməkdaşlığın, bilik və təcrübə mübadiləsinin vacibliyini qeyd edib, Azərbaycanın şəhərsalma və davamlı inkişaf sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. O, həmçinin 2026-cı ildə Bakı şəhərində keçiriləcək “Dünya Şəhərsalma Forumu”nun (WUF13) ölkəmiz üçün əhəmiyyətini vurğulayıb.
 
Konqres çərçivəsində keçirilən side event zamanı Riad Axundzadə iştirakçılara Azərbaycanda su təchizatı və tullantı su xidmətlərinə əlçatanlığın yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də 2026-cı ildə Bakıda baş tutacaq WUF13 barədə geniş məlumat təqdim edib.
 
Bununla yanaşı, Global Water Operators’ Partnerships Alliance (GWOPA) ilə görüş keçirilib, gələcək potensial əməkdaşlıq istiqamətləri və su sektorunda birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Link kopyalandı!
Son xəbərlər