İsveçdə yaşayan həmyerlimiz: Azərbaycanın güclənən səsi Avropada eşidilir
Digər
1054
09:45, Bu gün

İsveçdə yaşayan həmyerlimiz: Azərbaycanın güclənən səsi Avropada eşidilir

“Müasir dövrdə güclü dövlət anlayışı yalnız iqtisadi göstəricilərlə deyil, beynəlxalq aləmdə tutduğu mövqe, təşəbbüskarlığı və söz sahibi olması ilə də ölçülür. Azərbaycanın son illərdə yürütdüyü uğurlu və uzaqgörən xarici siyasət, enerji təhlükəsizliyində oynadığı həlledici rol və regional layihələrdə liderliyi bu reallığın bariz nümunəsidir. Bu inkişaflar biz  xaricdə yaşayan azərbaycanlılar üçün böyük fəxr və qürur mənbəyidir”
Bu sözləri Moderator.az-a açıqlamasında İsveç Mərkəz Partiyası  Bələdiyyə İdarə Heyəti və Məclis Üzvü Turan Əliyev deyib.
 
İsveçdə yaşayan həmyerlimiz, siyasi fəal və partiya üzvü olaraq deyib ki, son illərdə Avropa mediasında Azərbaycanla bağlı xəbərlər daha müsbət və obyektiv istiqamət alır:
 
“Ölkəmiz artıq yalnız Cənubi Qafqazın deyil, Avropanın enerji təhlükəsizliyində mühüm və etibarlı tərəfdaş kimi çıxış edir. Azərbaycanın enerji strategiyası, xüsusilə qaz ixracının şaxələndirilməsi və yeni tərəfdaşlarla qurulan dayanıqlı əməkdaşlıqlar, ölkəmizin qlobal enerji bazarında nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu, təkcə iqtisadi deyil, həm də siyasi müstəvidə Azərbaycanın çəkisini artıran mühüm amillərdəndir.
Eyni zamanda, ölkəmizin bərpa olunan enerji sahəsində atdığı addımlar da diqqətəlayiqdir. Günəş, külək və hidroenerji kimi təmiz enerji mənbələrinə əsaslanan layihələr Azərbaycanın yaşıl enerji potensialını reallaşdırmaqla yanaşı, ətraf mühitin qorunmasına və enerji dayanıqlığına mühüm töhfələr verir. Bu istiqamətdə imzalanan beynəlxalq müqavilələr və investorlarla qurulan əməkdaşlıqlar Azərbaycanın yaşıl gələcəyə verdiyi önəmin göstəricisidir”.
 
Turan Əliyev diqqətə çatdırıb ki, strateji əhəmiyyətə malik olan Zəngəzur dəhlizinin gerçəkləşməsi Azərbaycanın regiondakı və daha geniş coğrafiyada artan rolunu bir daha nümayiş etdirir:
 
“Bu dəhliz yalnız ölkəmizin tranzit imkanlarını genişləndirmir, eyni zamanda Türk dünyasının inteqrasiyasını möhkəmləndirərək Avrasiya məkanında iqtisadi və siyasi dinamikalara yeni nəfəs gətirir.
Bu mühüm nailiyyətlər təkcə ölkə daxilində deyil, xaricdə yaşayan biz azərbaycanlılar üçün də böyük əhəmiyyət daşıyır. Yaşadığımız cəmiyyətlərdə daha fəal mövqe tutmağımıza, ictimai və siyasi proseslərdə söz haqqımızın güclənməsinə imkan yaradır. Biz artıq başıdik, fəxrlə özümüzü Azərbaycanlı kimi təqdim edirik.
Burada Azərbaycanın haqq səsini çatdırmaq, ölkəmizin beynəlxalq aləmdə müsbət imicini gücləndirmək və düzgün tanıdılması üçün fəaliyyət göstərmək mənim və mənim kimi yüzlərlə həmvətənimizin borcudur. Avropada Azərbaycana olan marağın artması, ilk növbədə dövlətimizin düşünülmüş və ədalətli siyasətinin nəticəsidir.
Bu gün Azərbaycan regionun enerji xəritəsini formalaşdıran, mühüm təşəbbüslərlə ölkələri bir araya gətirən, öz suverenliyini və milli maraqlarını qətiyyətlə müdafiə edən güclü dövlətdir. Bu reallıq getdikcə daha çox beynəlxalq aktor tərəfindən qəbul olunur və hörmətlə qarşılanır.
Bütün bu uğurlar biz , xaricdə yaşayan azərbaycanlılar üçün həm sevinc, həm də ruh yüksəkliyi yaradır. Bizim daha sıx birliyimizə, güclü milli kimliyimizə və qürurla daşıdığımız adımıza töhfə verir”.
 
Mehin Mehmanqızı
Link kopyalandı!
Son xəbərlər