Dünyanın geosiyasi balansını dəyişəcək addım - Türk NATO-su yaradılır?
Digər
1122
14:40, Bu gün

Dünyanın geosiyasi balansını dəyişəcək addım - Türk NATO-su yaradılır?

“TDT-nin Qəbələdə keçirilən Zirvə görüşündə bir sıra məsələlərlə yanaşı təhlükəsizlik məsələləri də diqqət mərkəzində oldu. Hərbi gücün hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amili olduğunu deyən Prezident İlham Əliyev Türk dövlətlərinin müdafiə sahəsində daha sıx əməkdaşlıq etməsi üçün konkret təklif, 2026-cı ildə Azərbaycanda Türk dövlətlərinin birgə hərbi təlimlərinin keçirilməsini irəli sürdü. Bu təşəbbüs Türk dünyasının yalnız iqtisadi və mədəni deyil, həm də strateji və müdafiə baxımından birləşməsi istiqamətində mühüm addım hesab olunur”.
Bu sözləri Moderator.az –a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
 
Politoloq qeyd edib ki, dünyada baş verən prosseslər, Türk dövlətlərinin yerləşdirkləri coğrafiya uğrunda qlobal güclərin mübarizəsi bütün Türk dövlətlərinə daima hazır olmağa məcbur edir:
 
“Azərbaycan uzun illər ərzində Türk dövlətləri arasında hərbi əməkdaşlığın vacibliyini önə çəkən ölkə olaraq bu istiqamətdə olduqca effektiv fəaliyyət həyata keçirib. Artıq uzun illdərdir ki, Türkiyə ilə mövcud olan hərbi əməkdaşlıq ölkəmizin hərbi gücünün artırılmasına çox önəmli töhfələr verib. Və artıq Azərbaycan və Türkiyənin hərbi sahədə mövcud olan uğurlu əməkdaşlıq modeli Mərkəzi Asiya bölgəsində yerləşən Türk dövlətləri üçün də uğurlu bir nümunə olub. Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi əməkdaşlıq modelinə dair razılşamalar, Azərbaycan və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə "Məharət - 2025" birgə komanda-qərargah təlimlərinin keçirlməsi, yenə də Azərbaycan və Özbəkistan hərbçilərinin “Dağ döyüşçüsü kurs”larında iştirakı, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, və TDTüzvü olmasa da Pakistan və Qətər kimi dost ölkələrin xüsusi təyinatlılarının iştirakı ilə “Sonsuz Qardaşlıq” təliminin keçirilməsi onu göstərir ki, Türk dövlətlərinin digər sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığı inkişaf etdirmək perspektivi kifayət qədər yüksəkdir. Ümumiyyətlə isə Prezident İlham Əliyevin birgə hərbi təlimlərlə bağlı təklifinin türk dövlətləri arasında müdafiə və hərb sahəsində inteqrasiyanın gücləndirilməsinə gətirib çıxaracağı şübhəsizdir”.
 
Politoloq diqqətə çatdırıb ki, konkret NATO tipli hərbi ittifaqın mümkünlüyünə gəldikdə isə bu indiki mərhələdə real olmasa da, amma hərbi əməkdaşlığın dərinləşməsi gələcəkdə vəziyyətdən asılı olaraq Türk dövlətlərinin vahid hərbi ittfaqda birləşməsi üçün haqızlıq kimi qiymətləndirilə bilər:
 
“Bunun indi mümkün olmaması isə TDT üzv dövlətlərinin bir qisminin ayrı-ayrı hərbi ittifaqlarda üzvlüyü ilə bağlıdır.  Məlumdur ki, Azərbaycan, Türkmənistan və Özbəkistanı çıxmaq şərti ilə digər türk dövlətləri başqa bir hərbi blokun üzvləridir. Türkiyə NATO, Qazaxıstan və Qırğızıstan isə KTMT üzvləridir. Yəni başqa sözlə desək bu ölkələrin üzv olduqları hərbi alyans qarşısında konkret öhdəlikləri var. Amma dünyada vəziyyətin sürətlə dəyişdiyini və bu səbəblə də sabah nələrin ola biləcəyini proqnozlaşdırmaq mümkün deyil. İstənilən halda hər şeyə hazırlıqlı olmaq lazımdır və Türk Dövlətləri arasında hərbi əməkdaşlığın dərinləşməsi, birgə hərbi təlimlərlə bağlı təkliflər də bu hazırlığın bir parçasıdır”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər