Putin Trampın sülh  təklifini rədd etdi
Digər
1301
27 Dec 2024 | 12:03

Putin Trampın sülh  təklifini rədd etdi

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasının mümkün sülh planı ilə bağlı hazırladığı təklifi rədd edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb .
 
Rusiya lideri, xüsusən də, Ukraynada müharibəyə son qoymaq şərti kimi, Tramp komandasının Ukraynanın NATO-ya üzvlüyünün ən azı on il təxirə salınması təklifini birbaşa rədd edib.
 
Onun sözlərinə görə, Ukraynanın NATO-ya bu gün, sabah və ya 10 ildən sonra daxil olmasının fərqi yoxdur.
 
“Putinin dekabrın 26-da verdiyi bəyanatı onun 2021-ci ilin sonu və 2022-ci ilin əvvəlinə dair tələbləri ilə bağlı kompromisləri nəzərdən keçirməkdən imtina etdiyini təsdiqləyən bir sıra şərhlərin bir hissəsidir. Bu tələblərə Ukraynanı heç vaxt NATO-ya qoşulmayacaq daimi neytral dövlətə çevrilməyə məcbur etmək, Ukrayna ordusunun sayına ciddi məhdudiyyətlər qoymaq və Ukrayna hakimiyyətini əlindən almaq daxildir”, - analitiklər qeyd edirlər.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər