Bizi sosial şəbəkələrdən izləyin:
"Erməni kartı” necə Qafqaz üçün strateji vasitə idisə, “kürd kartı”da Orta Şərq üçün əsas komponentlərdən biridir.
Bunu Moderator.az-a açıqlamasında konfliktoloq Elman Vəliyev deyib.
Onun sözlərinin görə, Orta Şərq mütəmadi olaraq böyük güclərin geopolitik planlarının mərkəzində yer alır:
“Bu regionda gedən proseslərdə “kürd kartı” önəmli rol oynayır. Planın əsas hədəfində Şimalı İraq, Suriyanın bir hissəsi və Türkiyənin bir hissəsi yer alır. Bu bölgələrdə Kürd dövlətinin yaradılması istiqamətində ardıcıl addımlar atılır. Lakin məsələnənin həlli çox mürəkkəbdir, çünki Türkiyənin daxilindəkı Kürd aşirətləri bu cür təhriklərə o qədər də meylli deyil. Suriyada YPG-nin Amerika tərəfindən silahlandırılması və çox vaxt birbaşa təlimləndirilməsi, bu siyasətin çox açıq bir nümunəsidir. YPG faktiki olaraq regionda Amerikanın vuran əli funksiyasını yerinə yetirir. Prezident Ərdoğanın “Böyük Orta Şərq Layihəsi”nin “Eş-başqanı” olduğunu vurğulaması Türkiyənin regiondakı böyük planlarda həlledici rol oynadığını göstərir. Orta Şərqdə İsrailsiz, Amerikasız quş uçmur. YPG bölgədə Amerikanın vuran əlidir. Böyük İsrail dövlətinın genişlənməsini görürük. Növbədə Livan, İordaniya, Türkiyə var. Suriyada gedən proseslər İsrailin regiondakı rolunun genişlənməsini göstərir. Bu kontekstdə, “Böyük İsrail Dövləti” konsepti daha açıq formada ön plana çıxır. Bununla yanaşı, regionda Rusiya və Çin kimi dövlətlərin təsiri nisbətən azalsa da, ikili öz maraqlarını Türkiyənin vasitəsilə həyata keçirir. Türkiyə, Amerika və İsrail arasındakı münasibətlər proseslərin istiqamətləndirilməsində önəm rol oynayır. Regionun gələcəyi bu maraqların üzləşməsindən asılı olacaq”.
Mehin Mehmanqızı