Bizi sosial şəbəkələrdən izləyin:
“Türkiyənin Suriyanın Şimalında PKK-YPG terror təşkilatına qarşı hərbi əməliyyatları İsrailin kəskin reaksiyasına səbəb olub”
Bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
Siyasi şərhçinin sözlərinə görə, İsrail və ABŞ Suriyanın şimalında yeni Kürd muxtariyyətinin qurulması planına malikdir:
“İsrail "HƏMAS" görə Türkiyəyə qarşı PKK-YPG dəstəkləyir. Həmçinin bu müstəvidə ABŞ -la kordinasiyalı şəkildə fəaliyyət göstərir.İsrailin Suriyanın strateji hərbi hədəfləri vurması əsasən yeni hökumətin PKK-ya qarşı hərbi əməliyyatlar riskinin qarşısını almaqdır. Suriyada İsrail və ABŞ çalışacaq ki, mərkəzi hökumət zəif olsun və dağınıq bir ölkə kimi fəaliyyət göstərsin. Türkiyə rəhbərliyi Suriyada qərarlı şəkildə fəaliyyət göstərərsə, hər iki ölkənin planlarını neytrallaşdıra biləcək. Türkiyəyə qarşı PKK-nın yeni terror aktı törətməsi mümkündür. İsrail rəhbərliyi Suriyada sabit hakimiyyətin formalaşmasını növbəti mərhələdə Fələstin dövlətinin yaradılmasına keçəcəyindən narahatdır. Ona görə də Türkiyə qarşı PKK -YPG kartından istifadəni inkişaf etdirəcək. Azərbaycan Türkiyənin yanında olmalı və qardaş ölkəyə qarşı olan dövlətlərlə siyasi əlaqələrinə yenidən baxmalıdır. Prezident cənab İlham Əliyevin Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla telefonla danışması və Suriya məsələsində ortaq mövqedən çıxış etməsi, birdaha Azərbaycanın qardaş ölkənin yanında olduğunu göstərdi”.