Gürcüstanın Avrointeqrasiya İmtinası: Cənubi Qafqazda yeni siyasi manevr 
Digər
518
17:18, Bu gün

Gürcüstanın Avrointeqrasiya İmtinası: Cənubi Qafqazda yeni siyasi manevr 

Gürcüstan hökuməti Avropa İttifaqı ilə 2028-ci ilədək üzvlük danışıqlarının başlanması məsələsindən imtina etdiyini açıqlayıb. Baş nazir İrakli Kobaxidze partiyası "Gürcü Arzusu – Demokratik Gürcüstan"ın qərarını brifinqdə elan edərək, Avropa İttifaqının büdcə qrantlarından da imtina etdiklərini bildirib. Bu qərar, Avropa ilə olan münasibətlərin gərginləşməsinə və Cənubi Qafqazda yeni siyasi şəraitin yaranmasına səbəb olub.
 
 
Moderator.az-a danışan siyasi şərhçi Məhəmməd Əsəddullazadə,“Gürcü Arzusu” partiyasının bu addımını Gürcüstanla Avropa İttifaqı arasında ciddi bir böhran olaraq qiymətləndirib.
 
Siyasi sərhçi qeyd edib ki, “Gürcü Arzusu” partiyası Avrointeqrasiya siyasətindən imtina etdi:
 
 “Bununla da  hakim partiya Avropa İttifaqının təlimatı ilə siyasət həyata keçirməyəcək. Gürcüstan hökuməti  müstəqil siyasət apararaq Moskva ilə münasibətləri normallaşdırmağa, ərazi bütövlüyünü təmin etməyə çalışır. Lakin Tiflis və Gürcüstanın bir sıra  şəhərlərində Avropa Birliyi ilə üzvlük danışıqlarının dayandırılmasının elan edilməsindən sonra aksiyalar başlayıb. Gürcüstan küçələrinə toplaşan kütləyə xalq demək olmaz. Çünki burada kütləvi şəkildə inqilabi proseslərə gətirəcək bir proses yoxdur. Sadəcə olaraq, vətəndaş cəmiyyəti institutları, partiyaların fəalları bu etirazlarda iştirak edir. Təbii ki, bu bəyanat Avropa İttifaqının Cənubi Qafqaz siyasətini  zəiflədəcək. Cənubi Qafqazda Avropa İttifaqı Ermənistan üzərindən siyasət aparacaq və bu ölkədə daha çox təmərküzləşəcək”.
 
M. Əsəddullazadənin fikrincə, Gürcüstanın Avrointeqrasiya siyasətindən imtina etməsi, həmçinin viza məsələsinin ortadan qalxmasına səbəb ola bilər. Bundan əlavə, Avropa İttifaqının Gürcüstana qarşı sanksiyalar tətbiq etmə ehtimalı da mövcuddur. 
 
Mehin Mehmanqızı 
 
Link kopyalandı!
Son xəbərlər