Digər
269
15:15, Bu gün

"Paşinyan Qərbin tələblərini yerinə yetirir"- Şərh

“Azərbaycan və Ermənistan arasında sülh prosesinə mane olan, Qərbdir, o cümlədən də Amerikadır. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi şərhçi Niyaməddin Orduxanlı deyib.
 
 
 
Siyasi şərhçi qeyd edib ki, Qərb Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasında maraqlı deyil:
 
“Çünki Qərb istəyir ki, Cənubi Qafqazda  daim müharibə olsun və  regionda ölkələrə təsir etsin. Bu baxımdan da Paşinyan hakimiyyəti də Qərbin əlində bir oyuncağa çevrilib və o da Qərbin tapşırıqlarını yerinə yetirir. Avropa ölkəsi olan Polşanın həm Azərbaycana, həm də Ermənistana səfərini təqdir edirik. İki ölkə arasında sülhün əldə olunmasına  səmimi töhfə vermək istəyirsə, bunu müsbət qarşılayırıq. Düşünmürəm ki,  Polşa prezidenti Azərbaycan və  Ermənistan arasında sülhün əldə olunmasında yaxından iştirak edən bir dövlət rolunu oynasın. Azərbaycan Polşanın sülh prosesində əsas oyunçu olmasını gözləmir.
Azərbaycan  sülh tərəfdarıdır və müharibə istəmir. Ermənistanla normal qonşuluq əlaqələrinin olması  arzuolunandır. Onsuz da bütün müharibələr sonda sülhlə bitir. İndiyə qədər hər hansı bir müharibə baş veribsə, sonda sülh əldə olunub. Heç bir ölkəyə, o cümlədən də Ermənistanın ərazisinə iddiamız yoxdur. Əksinə, öz ərazimizi, torpağımızı, vətəndaşımızı qoruyuruq”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər