Qlobal Güc Böhranı: Bipolyarlıqdan Multipolyarlığa - Konfliktoloq Elman Vəliyev
Digər
543
19:00, Bu gün

Qlobal Güc Böhranı: Bipolyarlıqdan Multipolyarlığa - Konfliktoloq Elman Vəliyev

“Rusiyanın əsas məqsədi, mövcudluğunu qorumaq və iqtisadiyyatını sabitləşdirməkdir. Rusiya üçün Ukrayna müharibəsi, bəlkə də Qərbin düşündüyü qədər “ölüm-qalım məsələsi” deyildir”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında konfliktoloq Elman Vəliyev deyib.
 
 
Konfliktoloqun sözlərinə görə, Rusiya nüvə silahından istifadə etməyəcək, çünki belə bir addım beynəlxalq aləmdə ciddi nəticələrə yol açar:
 
“Ukrayna güzəştlərə getməyə məcburdur. Rusiya hərbi gücünü yalnız öz strateji mövqeylərini qorumaq və inkişaf etdirmək üçün istifadə edir. Ukraynanın şərqindəki torpaqlar və ya ümumiyyətlə ölkənin parçalanması, Moskvanın bəzi məqsədlərinə xidmət edə bilər. Bununla belə, bu müharibə yalnız qlobal güc balansını dəyişdirməklə yanaşı, həm də dünya iqtisadiyyatı üçün mühüm nəticələr doğuracaq. Buna baxmayaraq, Ukrayna böyük ehtimalla şərqdəki əraziləri itirəcək və bəlkə də beynəlxalq səviyyədə müxtəlif təzyiqlərlə üzləşəcək. Qərb ölkələri, xüsusilə ABŞ və Avropa İttifaqı, Ukraynanın bərpa olunması və iqtisadiyyatının gücləndirilməsi üçün diplomatik və iqtisadi yardımlarını davam etdirəcəklər, amma müharibə təkcə hərbi deyil, həm də enerji və iqtisadi mübarizədir”.
 
E.Vəliyev hesab edir ki,  növbəti ildən Rusiya-Ukrayna müharibəsinin gedişatında dəyişikliklər olacaq:
 
“ABŞ-də prezident seçkilərindən sonra Donald Trump və Vladimir Putin arasında birbaşa danışıqlar başlayacaq. Bu danışıqlar, müharibənin gələcəyini və Ukraynanın taleyini müəyyən edə bilər. Hər iki tərəfin məqsədi, təbii resurslardan, bazarlardan və geosiyasi mövqelərdən faydalanmaqdır. Bu məqsədlər uğrunda, ya bir “buffer zona” yaradılacaq, ya da Ukrayna ərazisi hissələrə bölünərək həm Rusiya, həm də Qərb tərəfindən nəzarət edilən ərazilər olacaq. Qərb ölkələri, xüsusilə ABŞ və Avropa İttifaqı, Ukraynanın bərpa olunması və iqtisadiyyatının gücləndirilməsi üçün diplomatik və iqtisadi yardımlarını davam etdirəcəklər, amma müharibə təkcə hərbi deyil, həm də enerji və iqtisadi mübarizədir".
 
Ekspert vurğulayır ki, Şərqi Avropanın əsas məqsədi, öz müstəqilliklərini qorumaq, xarici təzyiqlərə qarşı dayanıqlı olmaq və ölkələrin parçalanmasının qarşısını almaqdır.Şərqi Avropa ölkələri, həmçinin Rusiyanın və Çin kimi digər qüvvələrin, öz strateji mövqelərini genişləndirmək istədikləri bir mühitdə özlərini qorumağa çalışırlar.
 
Konfliktoloq qeyd edir ki, dünya artıq köhnə bipolar sistemdən çıxıb, multipolyar bir güc mübarizəsinin mərkəzinə çevrilib:
 
“Bu mübarizə, yalnız hərbi deyil, həm də iqtisadi və strateji mövqelər üzərindədir. Ukrayna müharibəsi, bu mübarizənin yalnız bir hissəsidir. Gələcəkdə dünya gücünün və iqtisadiyyatının necə formalaşacağı, yalnız bu müharibənin nəticəsindən deyil, həm də Rusiya, Çin, ABŞ və Avropa İttifaqı arasında gedən daha geniş mübarizədən asılı olacaq. Artıq dünya nizamı, keçmişdəki bipolar dünya sistemi ilə müqayisədə çox daha mürəkkəb və çoxqütblüdür. Rusiya, Çin, ABŞ və Avropa İttifaqı arasında gedən bu çoxqütblü mübarizə, artıq soyuq müharibədən daha çox "odlu müharibə"yə çevrilib. Qütblər arasında geosiyasi və iqtisadi güc mübarizəsi, müasir dövrdə müharibələrin və qarşıdurmaların əsas səbəblərindən biridir. Enerji, təbii sərvətlər, ticarət yolları və strateji mövqelər uğrunda bu mübarizə davam edir.
Böyük İsrail layihəsi, Qərbin və xüsusilə ABŞ-ın Yaxın Şərqdəki siyasətinin mərkəzində dayanır. ABŞ-ın qlobal hegemonluğunu qorumaq və "təkqütblük" dünyası yaratmaq məqsədi ilə, İsrailin rolu böyükdür. Bu mübarizə, yalnız hərbi deyil, həm də iqtisadi və strateji mövqelər üzərindədir. Çin isə bazarları ələ keçirmək, yeni ticarət yolları və iqtisadi imkanlar əldə etmək istəyir, bununla yanaşı, “hörümçək toru siyasəti” ilə global iqtisadiyyata nüfuz etmək üçün addımlar atır. Gələcəkdə dünya gücünün və iqtisadiyyatının necə formalaşacağı, yalnız bu müharibənin nəticəsindən deyil, həm də Rusiya, Çin, ABŞ və Avropa İttifaqı arasında gedən daha geniş mübarizədən asılı olacaq”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər