Pezeşkian COP29-da niyə iştirak etmədi? - SƏBƏB AÇIQLANDI
Digər
659
16:06, Bu gün

Pezeşkian COP29-da niyə iştirak etmədi? - SƏBƏB AÇIQLANDI

İran prezidenti Məsud Pezeşkian COP29 sammitində iştirak edəcəyini bildirsə  də Bakıya gəlmədi. İran prezidentinin Bakıda keçirilən COP29-da iştirak etməməsinin səbəbi açıqlanıb. Hökumət sözçüsü Fatimə Mühacirani İsrail nümayəndə heyətinin Bakıda keçirilən COP29 toplantısında iştirakı səbəbindən İran prezidenti Məsud Pezeşkianın Bakıya gəlmədiyini bildirib:
“Ölkələr öz maraqlarına uyğun olaraq sammitlərdə iştirak edirlər. Rəsmilərinin bu sammitlərdə iştirak səviyyəsi sammitin səviyyəsinə və əhəmiyyətinə və digər ölkələrin iştirak səviyyəsinə uyğun seçilir. Bakıda keçirilən sammitə isə vitse-prezident və Ətraf Mühit Təşkilatının rəhbəri Şina Ənsari qatılıb”.
 
Bu barədə Moderator.az-a açıqlama verən siyasi şərhçi Tural İsmayılov qeyd edib ki,  COP29 tədbirində dünyanın önəmli ölkələrinin prezidentləri və baş nazirləri iştirak edir:
 
 “Tədbirdə dünya səviyyəli qonaqların iştirakı bir daha onu söyləməyə əsas verir ki, COP29-a maraq böyükdür. COP29-da dünyanın aparıcı ölkələri beynəlxalq iqlim təhlükəsizliyi və ətraf mühitlə bağlı öz məsuliyyətlərini nümayiş etdirməyə çalışırlar. Həmin ölkələr COP29 tədbirlərində çox aktiv şəkildə iştirak edirlər. Təəssüf ki, dünyanın bir çox ölkə prezidentlərinin qatıldığı  tədbirdə İran prezidenti iştirak etmədi. Halbuki  Məsud Pezeşkian yeni prezident seçiləndə  ətraf mühitlə, iqlim təhlükəsizliyi ilə bağlı müəyyən vədlər vermişdi. Hətta Pezeşkian İranın qonşu ölkələrlə münasibətlərinin normallaşması ilə  bağlı açıqlamalar vermişdi.  Buna baxmayaraq,  Azərbaycanda keçirilən COP29 tədbirində  İranın vitse prezidenti işirak etdi. Əlbəttə ki, İranın qərar verməkdə müstəqildir. Əgər Azərbaycanla İran arasında müsbət əlaqələr haqqında danışılırsa, o zaman İran prezidentinin COP29-da işirakı daha məqbul olardı. 
Eyni zamanda, Fransa və  Ermənistanın COP29- da iştirak etməməsi  onu göstərir ki, iki ölkə beynəlxalq iqlim məsələləri və digər mövzularda tamamilə saxtakar ölkələrdir və onlar bütün məsələlərə özlərinin dar ideoloji baxışları ilə yanaşırlar”.
 
Mehin Mehmanqızı
Link kopyalandı!
Son xəbərlər