"Azərbaycan Respublikasının COP29-a ev sahibliyi etməsi barədə beynəlxalq ictimaiyyətinin yekdil qərarın ardınca çoxsaylı hücumlara baxmayaraq ölkəmizin prosesə uğurla start verməsi ciddi diplomatik qələbədir"
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.
Millət vəkili qeyd edib ki, Cənab İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında dediyi kimi ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrmiş, lakin aralarında 80 Prezident, Vitse-prezident və Baş nazir olmaqla 196 ölkədən 72 min iştirakçının Bakıya gəlməsi bu qüvvələr üçün fiasko sayılmalıdır:
"Azərbaycan Respublikası beynəlxalq hüququn aliliyini rəhbər tutaraq özünün beynəlxalq hüquqla tanınan ərazilərində işğala və təcavüzə, habelə separatizmə son qoymasının ardınca bir sıra qərəzli və təcavüzkar mahiyyətə malik dövlətlərin qarayaxma, böhtan və ikili standartlara əsaslanan hücumlarına məruz qalıbdır. Xüsusən Azərbaycanın separtizmə son qoyaraq özünün suverən haqlarını bərpa etməsindən sonra başlanan çoxsaylı hücumlar fonunda COP29 kimi möhtəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın yaratdığı regional status-kvoya olan real münasibət beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmət və etimadı, həmçinin Azərbaycanın milli və regional, həmçinin qlobal səviyyədə ətraf mühitin qorunması iqlim dəyişiklərinin qarşısını alınması işində töfhəsinin tədqir olunmasının bariz nümunəsidir. Beynəlxalq ictimaiyyət Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda COP29 kimi möhtəbər tədbirə ev sahibliyinin Azərbaycana verilməsini dəstəkləməklə ölkəmizin yaratdığı yeni geosiyasi reallığı dəstəkləyərək anti-Azərbaycan mövqe tutmuş və özünü "beynəlxalq ictimaiyyət" kimi təqdim edən ayrı-ayrı güclərə real beynəxalq ictimaiyyətin kim olduğunu və dünya dünya ictimaiyyətinin Azərbaycana əsl münasibətini göstərdi ki, bu da ölkəmizin ciddi siyasi, diplomatik qələbəsi hesab olunmalıdır. Bu gün beynəlxalq ictimaiyyət cənab İlham Əliyevin liderliyində qlobal iqlim dəyişmələri ilə mübarizədə Azərbaycanın səylərinin effektivliyinə inanır və COP29-un substantiv nəticələrə gətirib çıxaran formatda yekunlar ortaya qoyacağına ümid edir. Lakin bir sıra dövlətlərin BMT-nin İqlim Dəyişiklikləri üzrə COP29 Sammitində iştirak etməmək barədə qərarı bir daha göstərir ki, beynəlxalq ictimaiyyətin bəzi üzvləri cılız niyyətlərlə yaşayır və bəşəriyyət qarşısına məsuliyyətini dərk etmir".
B.Məhərrəmov vurğulayır ki, əslində Azərbaycanda COP29 tədbirində iştirak etməmək barədə verilən istənilən qərar əslində həmin beynəlxalq subyektlərin özlərinin əsl mahiyyətinin ifşa edilməsidir:
"Çünki qlobal iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində Çərçivə Konvensiyasının iştirakçılarının əsas məqsədi iqlim dəyişiklikləri ilə mübarizə qismində bəşəri niyyətlər naminə səylərini birləşdirmək, bu sahədə mümkün töhfələrin verilməsi üçün bərabərsizliklər, qarşılıqlı anlaşılmazlıqlar başda olmaqla, çoxsaylı maneələri aradan qaldırmaqdır. Lakin bəzi subyektlərin COP29 sammitinə qatılmayacağı barədə qərar verməsi və gətirilən bəhanələrin ümumbəşəri niyyətlər qarşısında cılızlığı onu deməyə əsas verir ki, əslində bu subyektləri iqlim dəyişiklikləri də daxil olmaqla, qlobal təhlükəsizlik və insan amili maraqlandırmır. Görünən odur ki, bu subyektlər Azərbaycan Respublikasının Vətən müharibəsi və antiterror tədbirləri ilə beynəlxalq hüququn aliliyini təmin edərək özünün suverenliyini və ərazi bütövlüyünü bərqərar etməsini Qərb imperializminin rakursundan qiymətləndirərək heç bir formada həzm etmək istəmir və verilən qərarlar da onu göstərir ki, həmin qüvvələr ölkəmiz əleyhinə başlanan qarayaxma kampaniyasının iştirakçılarıdır. Baxmayaraq ki iqlim dəyişiklikləri ilə mübarizə ayrıca heç bir dövlətin, o cümlədən xüsusən də Azərbaycanın daxili məsələsi deyil. Yəni ümumbəşəri məsələ olan iqlim dəyişiklikləri ilə mübarizədə hər hansı dövlətin belə bir tədbirdə iştirakdan imtina etməsi Qərb imperializmi üçün ümumbəşəri məsələlərdən daha öndə təzavüzkar niyyətlərin və qeyri-proporsional maraqların dayandığını göstərir".
Millət vəkili hesab edir ki, əslində COP29-da iştirakından cılız bəhanələrlə imtina planetin əsas çirkləndirici subyekti rolunda çıxış edənlərin öz məsuliyyətindən yayınması bəşəri dəyərləri cılız məqsədlərə qurban verməsi, iqlim dəyişiklikləri ilə mübarizə çərçivəsində bu subyektlərin yeni iqlim maliyyəsi formatından məsuliyyətsizliklə boyun qaçırmasıdır:
"Öz sərhədlərindən min kilometrlərlə kənarda münaqişə ocaqlarının qızışdırılması və ya yeni münaqişələrin formalaşdırılması, bu məqsədlə revanşist kəsimə dəstək verilməsi, separtizmin təşviq olunması üçün milyonlarla vəsait xərcələyənlər ümumbəşəri təhdid olan qlobal istiləşməyə qarşı maliyyə dəstəyi ayırmaq əvəzinə, yaxud bu istiqamətdə ən azı özlərinin vurduğu zərərin təsirlərinin azaldılması istiqamətində sosial məsuliyyət nümunəsi ortaya qoymaqdansa, müxtəlif bəhanələrlə qlobal iqlim dəyişiklikləri ilə mübarizə sahəsində əsas olan və dünyanın nəbzinin döyündüyü tədbirdən yayınmaqla öz kürsülərindən bu istiqamətdə səslənən bəlağətli nitqlərin bir puç olduğunu, əslində bu qrumların iqlim dəyişikliyinə töfhə vermək iradə və niyyətində olmadığını nümayiş etdirir. Təbii ki, bu subyektləri COP29-la bağlı mövqeyi Azərbaycanın liderliyində bu istiqamətdə həyata keçiriləcək tədbirlərin realizəsi qarşısında əngəl kimi çıxış etmir, əksinə siyasi məqsədlərin alətinə çevirilən, təzavüzkar niyyətlər üçün vasitəyə çevirilən bu subyektlərin özlərini çətin duruma salır. Azərbaycanın bu istiqamətdə yolu kifayət qədər aydındır və artıq Paris Sazişinin 6.4-cü maddəsi üzrə, habelə iqlim maliyyələşməsi üzrə mühüm razılaşmalar göstərməkdədir ki, cənab İlham Əliyev bu sahədə qarşıya qoyulan məqsədlərə uğurla nail olmaqdadır. Bu isə ölkəmizin məsuliyyətli beynəlxalq birlik üzvü kimi artan nüfuzu, güc və imkanları, habelə təmin olunan təhlükəsiz mühiti şəraitində Azərbaycana marağın artacağına, o cümlədən investorlar üçün hədəf coğrafiyalarından birinə çevriləcəyinə şübhə yaratmır".