Azərbaycanda turizm sektorunda hazırki vəziyyət necədir?- Ekspertlər açıqladı
Digər
2238
11 Nov 2024 | 09:08

Azərbaycanda turizm sektorunda hazırki vəziyyət necədir?- Ekspertlər açıqladı

“Qeyri -iş günlərinin çox olması, paytaxtda  COP29 tədbirinin keçirilməsi ilə əlaqədar olaraq yaranan sıxlıq, o cümlədən tədris ocaqlarında online təhsilə keçid bir çox insanların turistik məkanlara üz tutmasına səbəb olub” 
 
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyib.
 
O  qeyd edir ki, ölkəmizdə turizm sektoru COP29-a yüksək səviyyədə hazırlaşıb:
 
“Xalqımız zəng  mədəniyyətli qonaqpərvərlik ənənələrimizi nümayiş etdirərək dünyanın geniş coğrafiyasını əhatə edən qonaqlara Azərbaycanı sevdirə biləcək, onlarda  yenidən ölkəmizə qayıtmaq istəyi yaradacaq”.
 
Samir Dübəndinin sözlərinə görə, hazırda turizm sektorunda bahalaşma və qıtlıq müşahidə olur:
 
“Bakı şəhərində COP29 tədbirinin keçirildiyi tarixlərdə  hotellərdə yer tapmaq çətindir. COP29  kimi möhtəşəm tədbirlərin keçirildiyi destinasiyalarda təklif edilən  xidmətlərin qiymətləri artıb. Bir tərəfdən, həmin tarixlərdə xidmətlərin maya dəyəri, digər tərəfdən sahibkarların  daha çox marja əldə etmək istəkləri artıb”.
 
Turizm sektoru üzrə mütəxəssis Ceyhun Aşurov Moderator.az-a açıqlamasında bildirib ki, bu gündən COP29 tədbiri  Azərbaycanda başlayır:
 
“Ölkəmizdə COP29- la  bağlı lazımi  tədbirlər görülüb. İnanırıq ki, bu tədbir yüksək səviyyədə baş tutacaq. COP29 tədbirinin turizm nöqteyi nəzərdən də gələcəkdə müsbət təsirlərini görəcəyik. Hazırda bütün dövlət orqanları koordinasiyalı şəkildə çalışırlar. Ökəmizə dünyanın müxtəlif ölkələrindən ekspertlər, rəsmilər, dövlət adamları, dövlət xadimləri, iqlim dəyişikliyi ilə əlaqədar olan bir çox qeyri- hökumət təşkilatlarının nümayəndələri gəlməkdə davam edir. Tələb çox olduğu üçün  hotellərin qiymətlərində müəyyən qədər artım var”.
 
C.Aşurovun sözlərinə görə, qeyri- iş günləri olduğu üçün  regionlarda vətəndaşlarımızın axını  daha çox nəzərə çarpır. İnsanlar istirahət üçün bölgələrə üst tuturlar:
 
“Qeyri -iş günləri olduğu üçün turistik bölgələrdə də  müəyyən qədər qiymət artımı  müşahidə edilir. Əvvəlki illərdə bölgələrdə qeyri-iş günlərində həm xarici, həm də yerli qonaqlar çoxluq təşkil edirdi. Hazırda daha çox yerli vətəndaşlar bölgələrə səfər edirlər. Xarici turistlər isə azlıq təşkil edir. Ona görə də kəskin qiymət artımı müşahidə edilmir”.
 
Mehin Mehmanqızı
Link kopyalandı!
Son xəbərlər