Azay Quliyev: “Azərbaycanın Türk Dövlətləri Təşkilatında  çox böyük siyasi çəkisi var”
Digər
570
06 Nov 2024 | 21:27

Azay Quliyev: “Azərbaycanın Türk Dövlətləri Təşkilatında  çox böyük siyasi çəkisi var”

 
“Bu gündən Qırğız Respublikasının paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) 11-ci zirvə toplantısı öz işinə başlayır. Bu sammit  türk dövlətlərini daha da yaxınlaşdırır və bu möhtəşəm qurumun institutlaşması yolunda bir addım bizi irəliyə aparır”.
 
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Azay Quliyev bildirib.
 
Azay Quliyev qeyd edib ki, Türk Dövlətləri Təşkilatı artıq beynəlxalq bir instituta çevrilib:
 
“Türk Dövlətləri Təşkilatı dövlətlərarası ən etibarlı, əlaqələri daha səmimi və uzaq gələcəyə hesablanmış  dövlətlərarası qurumdur. Ona görə də bu sammitdə Azərbaycanın da iştirakı xüsusilə əhəmiyyət kəsb edir. Türk dünyasının birliyi və güclənməsi istiqamətində Azərbaycan Prezidenti  liderlik funksiyasını yerinə yetirir. Cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının  güclənməsi ,eyni zamanda, geosiyasi güc mərkəzlərindən birinə çevrilməsi üçün xeyli işlər görür. Türk Dövlətləri Təşkilatının “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşü Azərbaycan Respublikasının təşəbbüsü ilə 2024-cü il iyulun 6-da Şuşada keçirilib. Məhz Şuşada “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” imzalanıb”.
 
Millət vəkili vurğulayıb ki, Cənab Prezident  2024-cü  il fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı qeyd etmişdi ki, bizim üçün Türk Dövlətləri Təşkilatı əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir:
 
“Azərbaycanın Türk Dövlətləri Təşkilatında  çox böyük siyasi çəkisi var. Məhz Bişkekdə Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeninin təqdim edilməsi Qırğız dövlət tərəfindən Cənab Prezidentə göstərilən diqqət və qayğının bariz nümunəsidir”.
 
 Azay Quliyev vurğulayıb ki, qəbul olunan qərarların sırasında Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr yaradılacaq. Bu təqdirəlayiq bir addımdır:
 
 “Çünki bu o deməkdir ki, bu dövlətlərarası qurum kimi yeni bir statusa malik olur və artıq hər ölkənin  katibliyi yanında rəsmi nümayəndəsi olacaq. Azərbaycan və Türk dünyası real birləşmək modelini seçiblər. Türk Dövlətləri Təşkilatının genişlənməsi, siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır. Atılan addımlar onu deməyə əsas verir ki, Avrasiya bölgəsində Türk Dünyası Birliyi ilə hər kəs hesablaşmalı olacaq”.
 
Mehin Mehmanqızı
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Top xəbərlər
Link kopyalandı!
Son xəbərlər