Marketlərdən satılan çəkilmiş ətlərlə bağlı ŞOK AÇIQLAMA
Digər
904
09:29, Bu gün

Marketlərdən satılan çəkilmiş ətlərlə bağlı ŞOK AÇIQLAMA

 “Mənşəyinə görə farş ətlər hər zaman risk mənbəyidir. Çünki  farş bir çox hallarda köhnə ətdən hazırlanır. Belə satılan ətlərin üzərində onun keyfiyyəti, müddəti  və tərkibi ilə bağlı ətraflı məlumat bir çox hallarda qeyd olunmur. Farş ətlər digər ətlərdən ona görə ucuz satılır ki, onların tərkibində  keyfiyyətsiz və bəzən də xəstə heyvan ətlərinə rast gəlmək olur”.
 
Bu  sözləri Moderator.az-a Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri,sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova  açıqlamasında bildirib. 
 
Ekspert qeyd edib ki, farşın içinə bir çox hallarda da ətin yeyilə bilməyən hissələri - heyvan dərisi, qığırdağı, yumşaq sümüyü də qatılır ki, bunlar da insanlarda  həzm, sağlamlıq problemlərinə gətirib çıxarda bilər:
 
“Yaxşı olar ki, vətəndaşlar təzə, mənşəyi bəlli olan, baytarlıq nəzarətindən keçən, sertifikatı olan ət alsınlar”.
 
Qida mütəxəssisinin sözlərinə görə, bəzən şəxslər ət alarkən  marketlərdə və yaxud da ət satış məntəqələrində satıcıdan onu farş halına salınmasını istəyirlər:
 
“Əksər hallarda ət maşınının mütəmadi təmizlənməsi həyata keçirilmir. Çünki ət maşınında öncəki çəkilən ətin bir hissəsi qalır ki, bu da yeni ətlə birləşdikdə tərkibində bir çox mikroorqanizmlər olur ki, temperatur rejiminə əməl olunmadıqda  sürətlə çoxalır. Eyni zamanda , köhnə ət hissəcikləri təzə ətə qarışaraq onun da keyfiyyətinə təsir edir.  Bir çox ölkələrdə farş ət ona görə qadağan edilib ki, onu  hazırlayarkən süni rəngləndiricilərdən, dadlandırıcılardan və bəzən aroma vericilərdən istifadə edirlər ki, bu da ətin görünüşünü yaxşılaşdırsa da keyfiyyətini yaxşılaşdırmır.  Belə əti də qəbul edən insanlarda müəyyən sağlamlıq problemləri yaranır. Ona görə farş ət hər zaman risk qrupunda  aid olan qida məhsulu hesab olunur”.
 
Mehin  Mehmanqızı
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər