Məşhur kolbasa şirkəti məhkəmə qarşısında
1701
18 Jul 2024 | 21:22

Məşhur kolbasa şirkəti məhkəmə qarşısında

"Ovçular Ət və Ət Məhsulları" MMC barəsində inzibati protokol tərtib edilib. 
 
Moderator.az Valyuta.az-a istinadən xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham edilir. 
 
İşə Nizami Rayon Məhkəməsində baxılacaq. 
 
Avqustun 1-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. 
 
İclas hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçiriləcək. 
 
347-ci maddəyə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Link kopyalandı!
Son xəbərlər