
Bu ildən artıq I ixtisas qruplarında Rİ (riyaziyyat-informatika) alt-qrupunun yaradılması, informatika fənninin əlavə edilməsinə səbəb oldu. Bu alt-qrupu seçən abituriyentlər İnformatika fənni üzrə ayrıca imtahan verməli və məhz o imtahandan lazımı nisbi balı topladıqdan sonra İT istiqamətli ixtisasları seçə bilərlər.
Lakin abituriyentlərin üzləşdikləri əsas problem İnformatika fənni üzrə universitetlərə hazırlıq vəsaitinin yetərsizliyi, yaxud ümumiyyətlə olmaması oldu.
Dövlət İmtahan Mərkəzinin hazırladığı abituriyentlər üçün “İnformatika” vəsaiti müəyyən səbəblərdən birmənalı qarşılanmadı. Vəsaitin akademik üsluba yaxınlığı, mövzuların qəlizliyi abituriyentlərdə müəyyən çaşqınlığa gətirib çıxardı.
Lakin RM Nəşriyyatl ilə Bələdçi İnformatika Məktəbinin hazırladığı vəsaitlər xeyli sayda abituriyentin yüksək nəticə qazanmasına səbəb olub.
Məktəbin rəhbəri və vəsaitin əsas müəllifi Tural Sofuyev Moderator.az-a açıqlamasında kitabın abituriyentləri uğura aparacaq əsas sirlərinə toxunub:
“Kitab ümumilikdə 16 mövzu üzrə cavabları da daxil olmaqla 2-hissə və 7000 test sualından ibarətdir. Kitab Dövlət İmtahan Mərkəzinin qəbul proqramına tam uyğun olaraq hazırlanıb. Kitab informasiya və informasiya prosesləri, say sistemləri, modelləşdirmə, kompüterin aparat təminatı, kompüterin proqram təminatı, mətnlərin emalı, elektron cədvəllər, verilənlər bazası, kompüter şəbəkələri, Internet, VEB-proqramlaşdirma, alqoritm, proqramlaşdirma, informasiya təhlükəsizliyi bölmələrindən ibarətdir. Bu vəsaitdə mövzu və alt başlıqlarına uyğun qapalı,açıq və uyğunluq tipli tapşırıqlar biliklərin qazanılmasında,bilik və bacarıqların formalaşıdırılmasında böyük rol oynayır. Qeyd etmək lazımdır ki,situasiya və kod yazma tipli tapşırıqlar fənn kurikulumunun təlim nəticələrinin yoxlanılmasına və qiymətləndirilməsinə daha yaxşı imkan verir.
-
"Abituriyentlərin hazırlıq proqramını asanlaşdıran tam yeni proqram əsasında “Abituriyentin İnformatika Bələdçisi” kitabının üstünlükləri və digər vəsaitlərdən fərqi aşağıdakılardır:
-Mövzular üzrə 500 test tapşırığı nümunələri;
-Hər bir mövzu üzrə əldə olunan informasiyanı özündə əhatə edən qapalı,açıq və uyğunluq tipli test tapşırığı nümunələri. Yəni siz mövzunu öyrənəcək və mövzu üzrə ona uyğun tərtib edilmiş asan,orta və öyrədici test tapşırığı olaraq görəcəksiniz.
-Digər kitablarımizda olduğu kimi fərqli çaşdırıcı,öyrədici və düşündürücü test tapşırığı nümunələri;
-Şagird və repetitorlar üçün daha tam əhatəli hazırlıq proqramı
-Hər bir test nümunəsinin qəbul formatlı çeşidlənməsi;
-Qapalı,stiasiya və kod yazma tipli test tapşırığı nümunələri;
-Qəbul modellərinə uyğun tam əhatəli test modelləri"





























