Bizi sosial şəbəkələrdən izləyin:
“Hələ COP29 öncəsi Azərbaycana xeyli təzyiqlər vardı. Xüsusilə ABŞ, Avropa İttifaqı və ümumiyyətlə Qərb ölkələri tərəfdən bu təzyiqlər daha aşkar hiss olunurdu. Əlbəttə, burda müəyyən məsuliyyətlərdən yayınmaq və ya prosesləri ləngitmək faktorları da az deyildi. Ancaq əsas səbəlbər kimi inkişaf etmiş ölkələrin maliyyə öhdəliklərindən yayınmaq istəyidir. Geopolitik maraqları da unutmaq olmaz. Bir başqa məsələ yeni texnologiyaların tətbiqi ilə bağlıdır ki, Qərb ölkələri "yaşıl enerji" sahəsində texnoloji üstünlüklərini saxlamaq üçün digər ölkələrin inkişaf tempini məhdudlaşdırmağa çalışırlar”
Bu sözləri Moderator.az-a açıqlamasında deputat Aydın Hüseynov bildirib. Qeyd edib ki, bu cür manevrlərin isə qlobal iqlim məqsədlərinə çatılmasını olduqca çətinləşdirir:
“Yəni proseslərin gecikdirir, maliyyə dəstəyinin çatışmazlığı inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə adaptasiyanı ləngidir, etimad böhranı yaradır, qlobal temperaturun artması ekosistemlərin dağılmasına, insanların həyat keyfiyyətinin pisləşməsinə və qlobal qeyri-sabitliyə gətirib çıxarır. Həmçinin müxtəlif ölkələrin öz maraqlarını önə çəkməsi, konkret tədbirlər və qərarlar qəbul edilməsini çətinləşdirir.
Bu konteksdə Azərbaycanın iqlim hədəfləri sahəsində yeni təşəbbüslər irəli sürməsi və uğur qazanması, ölkənin qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə verdiyi töhfəni nümayiş etdirir. Azərbaycan, Paris Sazişi çərçivəsində 2030-cu ilə qədər istixana qazı emissiyalarını azaltmaq üçün yenilənmiş və daha iddialı Milli Səviyyədə Təyin Edilmiş Töhfələrin Yenilənməsi təqdim etmiş olur. Bu da, ölkənin iqlim öhdəliklərini gücləndirdiyini göstərir. Ümumi olaraq, ölkənin əsas dvidentləri siyahısınBərpa Olunan Enerji Mənbələrinin İnkişafı, Regional və Qlobal Əməkdaşlıq, Yaşıl İnkişaf Modelinin Təqdimatı, Beynəlxalq Maliyyə və Texnologiyaların Cəlbi ni də əlavə etmək olar. Bu da Azərbaycanın yeni iqlim hədəflərini müəyyənləşdirməsi həm də ölkənin ekoloji dayanıqlılığını artırmağa və Paris Sazişi çərçivəsində beynəlxalq öhdəliklərini yerinə yetirməyə hazır olduğunu göstərir. Bu uğurlar həm daxili, həm də beynəlxalq səviyyədə Azərbaycanın mövqeyini gücləndirir”.