COP29-a ev sahibliyimiz dünya tarixində müsbət hadisə kimi qalacaq
175
12:35, Bu gün

COP29-a ev sahibliyimiz dünya tarixində müsbət hadisə kimi qalacaq

Azərbaycan dövləti bu qlobal tədbirin keçirilməsini yüksək peşəkarlıqla təşkil etməkdədir
 
 
  COP29-a ev sahibliyi etmək, konfransı yüksək səviyyədə keçirmək böyük məsuliyyət tələb edir. Ancaq Azərbaycanın bu sahədə xeyli təcrübəsi var, bir çox beynəlxalq əhəmiyyətli idman yarışlarının, musiqi müsabiqələrinin və digər tədbirlərin paytaxt Bakıda, həmçinin regionlarda keçirilməsi göstərir ki, Azərbaycan mühüm tədbirlərə ev sahibliyi etməyə və yüksək təşkilatçılıq bacarığı ilə həyata keçirməyə qadirdir. Bunu COP29 konfransının açılış mərasimi bir daha sübut etdi. COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi və 200 dövlətin bu tədbirə ev sahibliyini Azərbaycanın etməsinə razılıq verməsi ölkəmizin beynəlxalq aləmdə yüksələn nüfuzunun və dövlətimizin rəhbəri İlham Əliyevin düşünülmüş siyasətinin göstəricisidir. COP29 başladığı gün ilk uğuruna imza atıb. Planet üçün irəliyə doğru ilk addım məhz Bakıda atılıb. Bakıda açılan COP29-un 1-ci günü ilk razılaşma ilə başa çatıb. Dünya ölkələri karbon krediti bazarı üçün BMT-nin yeni qaydalarını qəbul ediblər. Bu, ölkələrə iqlimlə bağlı öhdəliklərini yerinə yetirməyə kömək etmək üçün əsas addımdır. COP29 Azərbaycan üçün yalnız nüfuzlu beynəlxalq tədbir deyil, həm də davamlı inkişaf strategiyamızın bir hissəsi və iqlim dəyişikliyi ilə mübarizədə lider ölkələrdən biri olmaq üçün bir platformadır. Azərbaycan bu tədbir vasitəsilə iqlim dəyişikliyi ilə mübarizədə fəal rol oynadığını bir daha sübuta yetirir. Prezident İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında dediyi kimi, Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir: “Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”. Ümumilikdə COP29 tədbiri, ölkənin ekoloji problemlərin həlli istiqamətində atacağı addımları daha təsirli və dayanıqlı edəcək. Daha yaxşı, daha təmiz dünyamız üçün belə beynəlxalq tədbirlərin keçirilməsi zəruridir.
 
   Moderator.az xəbər verir ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə ilk növbədə onu qeyd edib ki, ölkə vətəndaşı olaraq Azərbaycanda belə mötəbər bir tədbirin keçirilməsini çox yüksək qiymətləndirir. Hüquq müdafiəçisi bildirib ki, görünən dağa bələdçi lazım deyil: 
 
 
"BMT-nin ÇOP29 tədbiri çox böyük peşəkarlıqla, böyük diqqət və səliqə-sahmanla təşkil olunub. COP29-un uğurla həyata keçirilməsi istiqamətində atılan ardıcıl addımlar öz bəhrəsini verməkdədir. Əlbəttə, biz tədbirin yüksək səviyyədə keçirilməsini arzulayırdıq. Dünyanın müxtəlif ölkələrindən tədbirə qatılanlar da COP29-un ən yüksək səviyyədə təşkilindən, hərtərəfli hazırlıqdan böyük məmnunluq ifadə edirlər, olduqca müsbət reaksiyalar verirlər. Bu da bizim üçün sevindirici, qürurvericidir. Qeyd edim ki, ayrı-ayrı qonaqlar, beynəlxalq təşkilatların rəhbərləri, dövlət rəsmiləri televiziya və mediaya açıqlamalarda COP29-un arzuolunan səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə, ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirirlər. Unutmayaq ki, beynəlxalq mətbuat orqanları, xarici televiziyalar da COP29-un gedişatı ilə bağlı gözəl yazılar, süjetlər verirlər. COP29-a qatılanların arasında bir nəfər də ola bilməz ki, tədbirin hansısa məqamından narazılıq etmiş olsun. Bu həm də Azərbaycanın imicinin, dövlət idarəçiliyinin imicinin artmasıdır. Tədbirin təşkilatçısı BMT olsa da, onun hazırlanması, qonaqların qəbul edilməsi və ev sahibliyi Azərbaycanın üzərindədir. Yəni yük və məsuliyyət daha çox Azərbaycanın üzərinə düşür. Göründüyü kimi də Azərbaycan dövləti bu qlobal tədbirin keçirilməsini yüksək peşəkarlıqla təşkil etməkdədir". 
  Ş.Qənizadə əlavə edib ki, ölkəmizə gələn çoxsaylı qonaqların Azərbaycanı yaxından tanıması, ölkəmizin mədəniyyəti, müvafiq dövlət orqanlarının rəhbərləri ilə təmasları, ictimai mühitlə tanışlığı, paytaxtımızı gəzərək Bakının inkişafını görməsi həm də Azərbaycanın yüksək təbliğatı kimi dəyərləndirilməlidir: "Çox arzulayırdıq ki, dünya ictimaiyyəti Azərbaycan dövlətinin və xalqının necə olduğunu, nəyə qadir olduğunu yaxından görsünlər. Nəzərə alaq ki, COP BMT-nin tədbiridir. Dünyada iqlim dəyişikliyi ilə bağlı, "yaşıl dünya"nın qorunub saxlanması, daha da inkişaf etdirilməsi, gələcəkdə baş verə biləcək böhranların qarşısının alınması ilə əlaqədar yol xəritələrinin tərtib olunması və həyata keçirilməsi istiqamətində addımların atılması çox vacibdir. Hesab edirəm ki, COP29-un sonunda hazırlanacaq yekun sənəddə bəhs etdiyimiz təhlükələrdən qorunmaq üçün Bakıda qəbul ediləcək qərarların icrası mühüm rol oynayacaq. "Yaşıl dünya"nın təmin olunması, kainatın bizə bəxş etdiyini qoruyub saxlamaq və inkişaf etdirmək yönündə COP29-un töhfələri olduqca önəmlidir. O mənada COP29 həm Azərbaycan, həm də dünya tarixində müsbət hadisə kimi qalacaq". 
 
Moderator.az
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər