Sara Qonzalez:
233
18 Nov 2024 | 21:56

Sara Qonzalez: "İqlim dəyişikliyi ilə bağlı məsələlərdə gənclərin səlahiyyətləri artırılmalıdır"

"İqlim dəyişikliyi ilə bağlı məsələlərdə gənclərin səlahiyyətləri artırılmalıdır".
 
Bunu Dominikan Respublikasının İqlim Dəyişikliyi üzrə Milli Şurasının texniki direktoru Sara Qonzalez COP29 çərçivəsində keçirilən "Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti" mövzusunda yüksəksəviyyəli dəyirmi masada çıxışı zamanı deyib.
 
Onun sözlərinə görə, COP29 çərçivəsində qəbul olunan qərarlarda uşaqların iştirakı vacibdir: "Hətta Çindən başlayan bu prosesdə uşaqlarımızdan ibarət nümayəndə heyəti iştirak edib. Bu, Dominikan Respublikası üçün bir yenilik idi. Biz xüsusi olaraq uşaqların hüquqları, iqlim dəyişikliyinin uşaqlara və onların hüquqlarına təsiri haqqında danışmışıq".
 
O qeyd edib ki, eyni zamanda uşaqların rəsmi nümayəndə heyətinə daxil edilməsi ilə bağlı ideyanı təşviq edib: "Həmin fəaliyyəti biz hələ uzaq 2007-ci ildə başlatdıq. Hazırda biz milli səviyyədə müəyyən etdiyimiz töhfə sənədinin hazırlanmasında aktiv iştirak edirik. Orada təhsil amilinə xüsusi diqqət yetirilir. Həmin məsələlər çoxtərəfli perspektiv baxımından təsvir olunur. Gənclərin məlumatlılıq səviyyəsinin artırılması, onların arasında peşəkarların formalaşması vacibdir. Biz iqlim dəyişikliyi ilə bağlı məsələlərdə gənclərin rolunun artırılması və onların bu yöndə səlahiyyətləndirilməsi ilə məşğul oluruq".
 
S. Qonzalez xatırladıb ki, vaxtilə o özü bu prosesdə bir gənc olaraq iştirak edirdisə, indi bir ana olaraq övladının gələcəyini düşünməklə bu prosesə davam etdirir: "Təhsil, qidalandırma, uşağa verilən qayğı məsələləri bu gün məni təsirləındirir. Bu mənada COP29 ilkin olaraq çalışır ki, uşaq və gəncləri iqlim dəyişikliyi barədə daha məlumatlı etmək istiqamətində səylər formalaşdırılsın".
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər