Bizi sosial şəbəkələrdən izləyin:
COP29 ciddi önəm qazanıb.
APA xəbər verir ki, bunu COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə Özbəkistan Respublikasının Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva deyib.
Tənzilə Narbayeva bildirib ki, metan emissiyalarının azaldılmasını, təmiz karbohidrogendən istifadəni olduqca əhəmiyyətlidir: “Parlamentlər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Miqrasiya, əraq təhlükəsizlik kimi məsələlər çox önəmlidir. İqlim dəyişikliyinin aradan qaldırılmasında maliyyələşdirmə ən önəmli məsələdir. Regionda dayanıqlığın daha da möhkəmləndirilməsi olduqca önəmlidir. Dünyada ətraf mühit problemlərinin pisləşdiyi bir vaxtda parlamentin rolu getdikcə artmalıdır”.