Dünyanın ikinci ən böyük avtobus şirkəti Azərbaycanda tenderdə iştirak etmək niyyətindədir
312
14 Nov 2024 | 21:40

Dünyanın ikinci ən böyük avtobus şirkəti Azərbaycanda tenderdə iştirak etmək niyyətindədir

"COP29 çox yaxşı təşkil olunub. Buna görə Azərbaycan hökuməti və Birləşmiş Millətlər Təşkilatına təşəkkür edirəm".
 
Bunu Oxu.Az-a müsahibəsində Asiya, Yaxın Şərq və Afrika üzrə regional nəqliyyat seqmentinin baş direktoru Samir Fadda deyib.
 
"Biz elektrik avtobusları, enerji anbarları istehsal edirik. Həmçinin günəş enerjisi ilə məşğuluq. Həm də akkumulyator istehsal edirik. Biz bunu ekosistemin təmizlənməsi adlandırırıq. Bizim baş ofis Hindistandadır. Amma biz dünyanın 25-ə yaxın ölkəsində fəaliyyət göstəririk", - baş direktor deyib.
 
- COP29-dan gözləntiniz nədir?
 
-Gözləntim həmişə hər bir ölkədən karbon emissiyası gələcəkdə daha çox azaltmaqdır. Ümid edirəm ki, hər dəfə müsbət nəticə əldə edəcək və düzgün istiqamətdə gedəcəyik. Lakin dayanmaq olmaz. Bakıya dünən gəlmişəm. Çox müasir şəhərdir, mənim xoşuma gəldi.
 
-Hindistan bu istiqamətdə necə mübarizə aparır?
 
-Əslində mən Birləşmiş Ərəb Əmirliklərində, Dubayda yaşayıram. Amma qeyd etdiyim kimi, baş ofisimiz Hindistandadır. Hindistan karbon emissiyası ilə bağlı çoxlu problemlərlə üzləşir. Amma hökumət bu istiqamətdə çox şey edir. Hindistan hökuməti bunun üçün bütün dizel və qazla işləyən avtobusları elektrik enerjisi ilə işləyən avtobuslarla əvəzləməyi düşünür. Onlar növbəti iki il ərzində təxminən 50 000 elektriklə çalışan avtobusun işə düşməsini planlaşdırıblar. Bu, böyük nəticədir. Əlbəttə ki, bu, dəmir yoluna da aiddir. Birləşmiş Ərəb Əmirlikləri də bu istiqamətdə çox işlər görür. Elektrikləşdirməyə böyük keçid edilib.
 
-Şirkətinizin baş direktoru kimi Azərbaycan şirkətləri və ya hökuməti ilə elektrik enerjisi ilə çalışan avtobuslarla bağlı danışıqlar aparmağı düşünürsünüz?
 
-Bəli, əlbəttə. Başa düşdüm ki, burada hökumət elektriklə işləyən avtobuslar üçün tender keçirəcək. Söhbət təxminən 3 000 elektrik avtobusundan gedir. Biz bunun bir hissəsi olmaqda maraqlıyıq. Çünki şirkətimiz dünyada ikinci ən böyük avtobus istehsalçısıdır. Biz də buradakı hökuməti düzgün istiqamətə getmək üçün dəstəkləməkdə maraqlıyıq.
Top xəbərlər
Link kopyalandı!
Son xəbərlər