“Ermənistanın COP29-da iştirak etməyə mənəvi haqqı yoxdur”
426
11:38, Bu gün

“Ermənistanın COP29-da iştirak etməyə mənəvi haqqı yoxdur”

Elman Məmmədov: “Son 35 ildə heç bir dövlət ekologiyaya Ermənistan qədər böyük ziyan vurmayıb”

 

“Ermənistanın COP29-da iştirak etməyə mənəvi haqqı yoxdur”.

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bidlirib. Millət vəkili qeyd edib ki, Ermənistan son 30-35 ildə təbiətin məhvinə səbəb olub silsilə addımlar atıb:

 

“Ermənistan hər zaman təbiətə, ekologiyaya nəinki biganə, hətta düşmən münasibət bəsləyib. Son 35 ildə heç bir dövlət ekologiyaya Ermənistan qədər böyük ziyan vurmayıb.

 

30 il ərzində torpaqlarımızın bir hissəsini işğalda saxlayan Ermənistan, Qarabağ və ətraf rayonlarda meşələri kütləvi şəkildə məhv edib, təbii resursları vəhşicəsinə istismar edib, təbiətə çox böyük ziyanlar vurub. Azərbaycan bu gün Ermənistanın səbəb olduğu ekoloji fəlakətlərin nəticəsini aradan qaldırmaq üçün Qarabağda aktiv iş aparır, çox böyük layihələr həyata keçirir.

 

Bu baxımdan, hesab edirəm ki, Ermənistanın planetimizin gələcəyinə, təbiətin xilasına xidmət edən COP29-da iştirak etməyə nə mənəvi haqqı, nə də ləyaqəti çatmır”.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər