Bizi sosial şəbəkələrdən izləyin:
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis COP29 konfransında iştirak etmək üçün Bakıda səfərdədir.
Baş nazir jurnalistlərə açıqlamasında Yunanıstanın bu cür tədbirlərə optimist yanaşdığını bildirib.
Hökumət başçısı Yunanıstanın da iqlim dəyişikliyi ilə üzləşən ölkə olduğunu vurğulayıb: "Biz başa düşürük ki, biz həm iqlim keçidini sürətləndirməli, həm də eyni zamanda adaptasiya tədbirlərinə daha çox diqqət yetirməliyik. Çünki bu gün də iqlim böhranı var. Söhbət təkcə, 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaqdan getmir. Bu, həmçinin, vətəndaşlarımızı qorumaq məsələsidir”.
Report