Ceyhun Bayramov:
1211
12 Nov 2024 | 20:26

Ceyhun Bayramov: "COP29-un ilk günü vacib razılaşma əldə edilib"

"COP29-a hazırlıq üçün digər ölkələrdən fərqli olaraq, bizim iki ilimiz yox idi. 11 ay içərisində biz əlimizdən gələni etdik, tərəflərin mövqelərini yaxınlaşdırdıq".
 
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
 
O bildirib ki, çağırışlardan mühüm nəticələr əldə etmək üçün əməkdaşlıq platforması təmin edilib:
 
"Təbii ki, bu gün ikinci gündür. Birinci günün nəticəsi çox müsbətdir. Dünən 20 saata yaxın davam edən danışıqlardan sonra COP29 gündəliyinin bir aspektinə nail olmaq mümkün olub. Bu Paris Sazişinin 6.4-cü maddəsi ilə bağlı razılaşmadır. Bu uzun illərdir müzakirə edilirdi".
 
Qeyd edək ki, COP29-un birinci günü əldə edilən razılaşma ilə dünya ölkələri karbon krediti bazarı üçün BMT-nin yeni qaydalarını qəbul ediblər. Bu, ölkələrə iqlimlə bağlı öhdəliklərini yerinə yetirməyə kömək etmək üçün əsas addımdır.
 
Ekspertlər hesab edirlər ki, bu, daha köklü, mübadilə etmək niyyətində olan BMT tərəfindən dəstəklənən standartlarla keyfiyyətli karbon kreditləri mübadiləsi sahəsində karbon bazarına yeni yol açacaq.
 
Həmçinin, Bakı COP29-da əldə edilmiş bu razılıq iqlim dəyişikliyi sahəsində davamlı fəaliyyətə böyük töhfələr verəcək.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər