İrakli Kobaxidze:
1609
12 Nov 2024 | 18:01

İrakli Kobaxidze: "COP29 Cənubi Qafqaz regionu üçün mühüm hadisədir"

"Bakıda davam edən BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək mənim üçün şərəfdir. Bu, Cənubi Qafqaz regionu üçün mühüm hadisədir".
 
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze özünün "X" sosial şəbəkə hesabında yazıb.
 
Hökumət başçısının sözlərinə görə, Gürcüstan iqlim böhranının öhdəsindən gəlməyə sadiq qalır və müsbət dəyişiklikləri təşviq etmək üçün səmərəli tədbirlər görməyə davam edəcək.
 
"Biz tərəfdaşlarımızla birlikdə iqlim dəyişikliyindən yaranan problemləri müzakirə etdik və dayanıqlı gələcək üçün səmərəli həllər araşdırdıq", - deyə Kobaxidze vurğulayıb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər