Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
2725
11 Nov 2024 | 23:42

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
 
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar.
Link kopyalandı!
Son xəbərlər