Bakıda COP29-un açılış mərasimi başlayıb
2267
11 Nov 2024 | 11:24

Bakıda COP29-un açılış mərasimi başlayıb

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasının açılış mərasimi başlayıb.

Moderator.az xəbər verir ki, tədbirdə COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber bu statusda son çıxışını edir.

Qeyd edək ki, noyabrın 11-dəm 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur. Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında “Ev Sahibi Ölkə Sazişi” və digər mühüm sənədlər imzalanıb.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər