Bakıda bu küçələr 3 gün bağlı olacaq
2700
11 Nov 2024 | 10:15

Bakıda bu küçələr 3 gün bağlı olacaq

Moderator.az xatırladır ki, Bakı şəhərində 11-13 noyabr tarixlərində keçirilən COP29 Liderlər Sammiti ilə əlaqədar olaraq bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilir.
 
Bu məhdudiyyətlər aşağıdakı yolları əhatə edir:
 
• Hava limanı şosesi
• Heydər Əliyev prospekti
• Neftçilər prospekti
• Yusif Səfərov küçəsi
• Niyazi küçəsi
• İstiqlaliyyət küçəsi
• Lermontov küçəsi
• Mikayıl Hüseynov küçəsi
• Xaqani Rüstəmov küçəsi
• Teymur Elçin küçəsi
• Mehdi Hüseyn küçəsi
 
Bundan əlavə, 11-13 noyabr tarixlərində Bakı metropoliteninin stansiyaları sərnişinlərin istifadəsi üçün səhər saat 05:00-dan açıq olacaq. 
 
Sürücülərdən və şəhər sakinlərindən bu məhdudiyyətləri nəzərə alaraq, alternativ marşrutlardan istifadə etmələri və ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.
Link kopyalandı!
Son xəbərlər