Professordan xəbərdarlıq: “COP29-dan sonra ölkəmizə qarşı hücumlar güclənəcək”
2055
09 Nov 2024 | 18:53

Professordan xəbərdarlıq: “COP29-dan sonra ölkəmizə qarşı hücumlar güclənəcək”

“Bu gün -  COP29 ərəfəsində ölkəmizə kifayət qədər hücum və təzyiq var. COP29-dan sonra ölkəmnizə hücumlar bri az da artacaq”.

 

Bunu Moderator.az-a açıqlamasında professor Cahangir Məmmədli bildirib. Professor qeyd edib ki, bu hücumlara səbəb dünyadakı bəzi güclərin ölkəmizin inkişafını, əldə etdiyi uğurları həzm edə bilməməsidir:

 

“Avropa dövlətlərinin bir çoxu COP29-la bağlı ölkəmizə paxıllıq edir. Ölkəmizin Vətən müharibəsində və onun sonrasında əldə etdiyi uğurlar, respublikamızdakı sürətli inkişaf, qlobal iqlim dəyişikliyi ilə bağlı proseslərdəki aktiv rolu onlarda qısqanclıq yaradır. Onlar bizə bu məsələlərdə rəqib deyillər və ola da bilməzlər. Onlar sadəcə paxıldırlar və buna görə də ölkəmizlə bağlı müxtəlif yalanlar, dezinformasiyalar yaymağa çalışırlar.

 

Biz COP29 sonrası hücumlara hazır olmalı, bu hücumları da uğurla dəf etməliyik. Ölkəmizin, diplomatiyamızın, mediamızın bunun üçün kifayət qədər gücü var və əminəm ki, biz bu hücumların da öhdəsindən layiqincə gələcəyik”.

 

Seymur ƏLİYEV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər