Ermənistan COP29 da iştirak edəcəkmi? - EKSPERT AÇIQLADI
314
11:30, Bu gün

Ermənistan COP29 da iştirak edəcəkmi? - EKSPERT AÇIQLADI

Bir neçə gün sonra ölkəmizdə COP 29 kimi mötəbər tədbir keçiriləcək. Dünyanın diqqəti həmin günlərdə paytaxtımızda olacaq. Bütün dünya ölkələri bununla bağlı məlumatlar dərc edib. 
Onu da bildirək ki, Simonyan Ermənistanın COP29-da iştirakı üçün şərt qoyub. Bildirib ki, separatçı "liderlər"azad olunsa, Ermənistan COP29-da iştirak edəcək. 
 
Ermənistanın COP29-da işdirakı nə qədər mümkündür?  
 
 Mövzu ilə bağlı deputat Hikmət Məmmədov Moderator.az- a danışdı. Bildirdi ki, Azərbaycan kifayət qədər güclü və inkişaf etmiş dövlətdir:
 
 
 
“Ermənistan tərəfi illüziyalar ilə yaşayır, hələ də Azərbaycan qarşısında nə qədər gücsüz olduğunu dərk edə bilmir. 
Azərbaycanda cinayətkarlar var, xalqımıza qarşı terror törətmiş separatçılar həbs olunub.
 Onların hər biri terrorçu olmaqla bərabər, separatçı və hərbi cinayətkarlardır.  Azərbaycan məhkəməsi çox yaxşı olardı ki, bu cinayətkarları sadaladığım hər üç əməlləri üzrə (terrorçu, separatçı, cinayətkar) hiquqi baxımdan qiymətləndirsin. Şübhəsiz ki, ermənilərin bu cinayətkarları nə adlandırılmasından asılı olmayaraq, Azərbaycan onları qaytarmayacaq. Azərbaycan xalqı ədalət və beynəlxalq hüquq qarşısında 30-il səbr etdi ki, bu cinayətkarlar qanun qarşısında cavab versinlər. Amma bütün dünya, beynəlxaq təşkilatlar Ermənistanın Azərbaycana etdiyi bu ədalətsizliyə göz yumdu, ona görə də separacıların qaytarılması mümkün deyi”. 
 
Hikmət Məmmədov  vurğulayıb ki, onlar haqq, ədalət, qanun qarşısında cavab verəcəklər:
 “Ermənistanın COP29-da iştirak edib, və ya etməyəcəyi Azərbaycan üçün heç nəyi dəyişmir, amma Ermənistan üçün çox şeyləri dəyişə bilər. Ermənistanın bir daha sülh arzusunda olmadığınını və eyni zamanda ernənilərin ölkəmizi COP29 tədbiri vastəsi ilə siyasi şantaja məruz qoyma cəhdlərini ortaya çıxardır. Nəticə etibarilə düşünürəm ki, COP29 tədbiri əslində Ermənistan üçün bir fəxarət ünvanı olardır ki, onlar gəlsin Azərbaycanda,  Bakıda bu konfransda iştirak etsin. Ermənistan özünü buna layiq bilmirsə, bu da ermənilərin öz işidir”.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər