Bakının üç rayonunda qaz olmayacaq
1370
12 Jun 2026 | 08:22

Bakının üç rayonunda qaz olmayacaq

Bu gün Bakının Sabunçu, Suraxanı və Səbail rayonlarının bəzi hissələrində qaz təchizatı dayandırılacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
 
Bildirilib ki, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 12-də saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun G.Dmitrov, L.Tolstoy, D.Bünyadzadə, Ə.Qarayev, Deputat küçələrinin və Əlillər evinin, Suraxanı və Səbail rayonlarının MİDA yaşayış komplekslərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
 
Link kopyalandı!
Son xəbərlər