Azərbaycanda 30 yaşlı kişini ildırım vurdu
1532
06 Jun 2026 | 18:22

Azərbaycanda 30 yaşlı kişini ildırım vurdu

Daşkəsəndə 30 yaşlı kişini ildırım vurub.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çovdar kəndi ərazisində qeydə alınıb.
 
Kəlbəcər rayon sakini 1996-cı il təvəllüdlü B.Kamalov kənd ərazisində at belində mal-qara otaran zaman onu və mal-qaranı ildırım vurub. Nəticədə 30 yaşlı kişi müxtəlif xəsarətlər alıb, bir iribuynuzlu heyvan tələf olub.
 
Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyətinin kafi olduğu bildirilir.
 
Qeyd edək ki, hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.
Link kopyalandı!
Son xəbərlər