Qobustandakı qəzalı körpünün əvəzinə yenisi tikilir
Cəmiyyət
1270
04 Jun 2026 | 09:51

Qobustandakı qəzalı körpünün əvəzinə yenisi tikilir

M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisindən keçən hissədə yerləşən qəzalı körpü sökülərək yeni 1 aşırımlı körpünün inşasına start verilib.  
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Moderator.az-a verilən xəbərə görə, hazırda ərazidə svay vurma işləri yekunlaşdırılaraq, yeni körpünün dayaqlarının inşası istiqamətində müvafiq işlər görülür.
 
Xatırladaq ki, 1980-ci illərdə inşa edilmiş 3 aşırımlı körpünün Bakı istiqamətindəki 3-cü aşırımında aşırım tirinin sınaraq çökməsi hadisəsi qeydə alınıb. İlkin texniki qiymətləndirmələr nəticəsində körpünün artıq istismar üçün yararsız vəziyyətdə olduğu müəyyən edilib.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər