Bizi sosial şəbəkələrdən izləyin:
Tanınmış yazar, Əməkdar jurnalist, "Yeni Müsavat" Media Qrupunun baş redaktor müavini Xalid Kazımlıya ağır itki üz verib.
Moderator.az xəbər verir ki, yazarımızın anası dünyasını dəyişib. Mərhum bu gün Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində dəfn olunacaq.
Xatırladaq ki, bu ilin fevralında jurnalistin atası vəfat etmişdi.
Rauf Arifoğlu başda olmaqla, “Yeni Müsavat” Media Qrupunun kollektivi Xalid Kazımlıya dərin hüznlə başsağlığı verir, ona səbir diləyir.
Allah rəhmət eləsin!