İqbal Ağazadə:
Cəmiyyət
334
18:07, Bu gün

İqbal Ağazadə: "Su basmış ərazilərdə göllər bərpa edilməsə, atılan addımlar müvəqqəti olacaq"

Bakıda güclü yağışlardan sonra yaranan fəsadları aradan qaldırmaq üçün müvafiq dövlət strukturları çeşidli planlar irəli sürdü.

Yeni drenaj sistemləri çəkməkdən tutmuş, kanalizasiya xətlərinin yenilənməsinə kimi çoxsaylı təkliflər verildi.

Lakin kimsə demədi ki, qurudub, torpaq tökdüyümüz göllər bərpa olunmayana kimi heç bir tədbir effektiv olmayacaq.

Masazır, Xırdalan, Məhəmmədli, Bahar, Qanlı, Yasamal və s. göllər hamısı qurudulub, yerində evlər tikilib.

Bəs yeraltı sular hara axsın?

Diqqət etsəniz, görərsiniz ki, çökək yerlərin hamısında su yığılıb.

Bunun normadan artıq yağan yağışlarla əlaqəsini axtarmayın, qurutduğunuz göllərlə bağlılığına baxın.

Müvafiq qurumlar su basmış ərazilərdə gölləri bərpa etməsələr, atılan addımlar müvəqqəti xarakter daşıyacaq.

Gölləri bərpa edin, ətrafında yaşıllaşdırma işləri aparın, dərinləşdirin, hətta şəxslərə icarəyə verin, imkan verin, iaşə obyektləri açsınlar, balıq saxlasınlar, beləliklə də problemin həlli yoluna peşəkar yanaşın.

Daha yeni xətlər çəkməklə, cari həll yollarına üstünlük verməyin.

P.S. Hansı gölləri doldurmusunuzsa, siyahısını çıxarın, baxın, məhz həmin yerləri su basır.

Drenaj sistemini isə mərkəzdə təmir edin və ya düzəldin.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər