Yardımlıda ilk avtostansiya istifadəyə verildi - FOTO
Cəmiyyət
345
17:09, Bu gün

Yardımlıda ilk avtostansiya istifadəyə verildi - FOTO

13 aprel 2026-cı il tarixində Yardımlı rayonunda mühüm infrastruktur layihəsinin – yeni avtostansiyanın açılışı baş tutub.

Moderator.az xəbər verir ki, bu hadisə rayon sakinləri üçün əlamətdar gün kimi yadda qalıb.

Açılış mərasimindən öncə tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edərək Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsini ehtiramla yad edib, abidələri önünə gül dəstələri düzüblər.

1497715

Daha sonra avtostansiyanın rəmzi açılışını bildirən qırmızı lent kəsilib və qonaqlar komplekslə yaxından tanış olublar.

1497718

Tədbirdə şəhid valideynləri, ağsaqqallar, rayon ziyalıları, idarə və müəssisə nümayəndələri, sürücülər və sakinlər iştirak ediblər. Çıxış edənlər rayon üçün mühüm əhəmiyyət kəsb edən bu layihəni yüksək qiymətləndirərək avtostansiyanın tikintisində xüsusi rolu olan iş adamı Ramin Ağalar oğlu Rzayevi təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

1497720

Qeyd edilib ki, bütün müasir tələblərə cavab verən avtostansiyada sərnişinlərin rahatlığı və sürücülərin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Yeni obyektin istifadəyə verilməsi rayonun nəqliyyat infrastrukturunun inkişafına mühüm töhfə verəcək. Sakinlər isə belə bir layihənin həyata keçirilməsindən məmnunluqlarını ifadə edərək avtostansiyanın xeyirli və uğurlu olmasını diləyiblər.

1497721

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər