Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
Cəmiyyət
278
15:15, Bu gün

Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı

Xankəndi şəhərində fəaliyyət göstərən şərab satışı mağazasında nöqsanlar aşkarlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
 
Bildirilib ki, mağazada yararlılıq müddəti ötmüş qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb. Həmçinin, sanitariya normaları və qaydalarının pozulduğu müəyyən edilib.
 
Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və sahibkara icrası məcburi göstərişlər verilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər