Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı VƏFAT ETDİ
Cəmiyyət
396
09:10, Bu gün

Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı VƏFAT ETDİ

Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Cavid Cabbarov vəfat edib.
 
Moderator.az xəbər verir ki, uzun illər Azərbaycan Ordusu sıralarında xidmət etmiş zabit 42 yaşında dünyasını dəyişib.
 
Məlumata görə, Cavid Cabbarov xidmət etdiyi dövr ərzində yüksək peşəkarlığı və vətənə bağlılığı ilə seçilib. O, Aprel döyüşləri və Vətən müharibəsi zamanı iştirak edərək ölkənin ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə fəal rol oynayıb.
 
Bildirilir ki, şücaətinə görə dəfələrlə təltif olunan zabit həm döyüş meydanında, həm də xidmət illərində nümunəvi hərbçi kimi tanınıb.
 
Qeyd edək ki, mərhum Cavid Cabbarov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ilk istehkamçı ixtisaslı məzunlarından biri olub.
 
Yaxınlarının bildirdiyinə görə, Cavid Cabbarov bu gün Beyləqan rayonunun Dünyamalılar kənd qəbiristanlığında dəfn olunacaq. /teleqraf/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər