Bir sıra ərazilərə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət
253
11:14, Bu gün

Bir sıra ərazilərə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Aprelin 12-si saat 11:00-a olan faktiki hava açıqlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, ölkə ərazisinin bəzi rayonlarında arabir şimşək çaxır, yağış yağır, Şahdağda isə qar yağması müşahidə olunur.
 
Qar örtüyünün hündürlüyü Şahdağda 81 sm-dir.
 
Düşən yağıntının miqdarı Şahbuzda 9, Qax (Sarıbaş) və Balakəndə 6, Tovuz və Naxçıvanda 4, Şəki, Oğuz, Culfa, Lənkəran, Daşkəsən, İsmayıllı, Şamaxı, Qəbələ, Qusar, Quba, Mingəçevir, Göyçay, İmişli, Biləsuvar, Gədəbəy, Ağstafa, Gəncə, Naftalan, Şəmkir, Astara, Şərur, Ordubad, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə 3 mm-dir.
 
Aprelin 11-də şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti arabir Bərdədə 16, Culfada 15 m/s-dək güclənib.
 
Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Şamaxı, Xızı, Qusar, Xaltan, Yardımlı, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər