Cəmiyyət
286
11 Apr 2026 | 21:52

"Əvvəl müəllimlər ikinci işdə çalışırdı, indi vəziyyətləri yaxşıdır"

"O vaxt vəziyyət çətin idi. Hətta millət vəkillərindən biri demişdi ki, müəllim işi bitəndən sonra gedib bənna kimi işləsin. Yəqin o millət vəkili, ya da hər hansı qohumu işləyib, bilib ki, belə bir şey var, işləmək olar. Müəllim millətin qürurudur. Ola bilər ki, elektrik, mühafizəçi gedib iki yerdə işləsin. Amma müəllimin bunu işləməsi..."

Moderator.az xəbər verir ki, bu sözləri meyxanaçı Rüfət Nasosnu "Üzləşmə" layihəsində deyib. O, hazırkı dövrdə müəllimlərə yaradılan şəraitin daha yaxşı olduğunu açıqlayıb:

"Bizim evimizdə təmir gedirdi, kafeli müəllim vururdu. İşdən çıxıb gəlib ustanın köməkçisi kimi çalışırdı. Usta kimi evimizdə içki də içirdi, mən sıxılırdım. Axı düz gəlmirdi, müəllim idi. Müəllim həm tərbiyə versin, həm də gəlib evində işləsin, bu, elə bil düz gəlmir. Bir şey ki, Makedoniyalı İsgəndər müəlliminə hörmət edib.

İndi də bir səhnə var ki, hər xatırlayanda utanıram ki, vicdansızlıq etmişəm. Fizika müəllimim vardı, pencəyi sökülmüşdü, biz isə ona lağ edirdik. 3 övladı var idi, səhər 1 saatlıq yolu avtobusla gəlir, 2 növbə dərs deyir, axşam da çıxıb evinə gedirdi.

İndi müəllimlərin vəziyyəti yaxşıdır. Müəllim var ki, onlara ipoteka ilə ev də verirlər. Maksimum səviyyədə güzəştlər olunur. Bölgələrdə onlara torpaq sahələri bağışlayırlar. Sertifikasiyadan 60 bal toplayan müəllimə şəhərdə iş və yüksək əməkhaqqı da verilir. İndi repetitorluq da var. Əvvəl o da yox idi. O vaxt hər müəllimin evində o şərait də yox idi. Ya da evdən qəbul etmirdilər. Psixologiya fərqli idi, qısqanclıq vardı".

R.Nasosnu tarix müəllimi ixtisası üzrə təhsil alasa da, niyə sonradan meyxanaçı kimi fəaliyyət göstərməsinə belə aydınlıq gətirib:

"Mən universitetə hüquq sahəsi üzrə qəbul olmaq istəyirdim. 58-59 balım çatmadı. Orta məktəb bazamla birinci kurs yola verdim. 4-cü kursda isə çox səhvlərim oldu, bu da birbaşa həyatıma təsir etdi. Dostlarımla başladıq meyxana deməyə. Meyxana deməyi özüm istədim".

 

(axşam.az)

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər