Zaur Mikayılov:
Cəmiyyət
226
21:05, Bu gün

Zaur Mikayılov: "Dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə başlanılıb" - VİDEO

"Sumqayıt şəhəri yaxınlığında dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə başlanılıb".

Moderator.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov bildirib.

Onun sözlərinə görə, layihə dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilir və zavodun illik istehsal gücü 100 milyon kubmetr olacaq:

"Bu, hazırda Bakıda istifadə olunan suyun təxminən 25 %-nə bərabərdir və çox böyük göstəricidir. Duzsuzlaşdırma texnologiyası dünyada geniş tətbiq olunur və xüsusilə Yaxın Şərq ölkələrində içməli su təminatının əsas mənbələrindən biridir. Bu prosesdə su yüksək təzyiq altında xüsusi filtrlərdən keçirilərək həm çirkləndiricilərdən, həm də duzdan təmizlənir".

Z.Mikayılov əlavə edib ki, layihənin ekoloji təsiri də beynəlxalq standartlara uyğun qiymətləndirilib və mümkün təsirlər minimum səviyyəyə endirilib:

"Su keyfiyyəti baxımından heç bir problem yoxdur. Əksinə, bəzi hallarda daha yüksək keyfiyyətli su əldə olunur və sonradan lazımi minerallar əlavə edilərək içməli hala gətirilir".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər