Astara rayonunun Əzərüd kəndində Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun şəhadətinin 10-cu ildönümü münasibətilə anım mərasimi keçirilib.
Mərasim çərçivəsində qəhrəmanın ata ocağından məzarınadək uzanan məsafədə üzərində türk dövlətlərinin və Pakistanın bayraqları əks olunan 100 metr uzunluğunda bayraq aparılıb.
Təxminən 200-ə yaxın insanın iştirak etdiyi yürüş zamanı bayraq yol boyu dalğalandırılıb və böyük ehtiramla müşayiət olunub.
Anım tədbirində Milli Qəhrəmanın döyüş yoldaşları, kənd sakinləri, eləcə də Milli Məclisin deputatları iştirak ediblər. İştirakçılar qəhrəmanın əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri düzüblər.
Qeyd edək ki, Pəncəli Teymurov Vətən uğrunda göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb və onun xatirəsi daim ehtiramla anılır.
(teleqraf)