Keşlədə kollektorun daşması nəticəsində yaranmış fəsadlar aradan qaldırılır
Cəmiyyət
270
14:40, Bu gün

Keşlədə kollektorun daşması nəticəsində yaranmış fəsadlar aradan qaldırılır

Aprelin 5-də və 6-da intensiv yağan yağışlar nəticəsində Keşlədə kollektorun daşması ilə əlaqədar ərazidə yaranmış fəsadların aradan qaldırılması və infrastrukturun bərpası istiqamətində tədbirlər həyata keçirilir.

Moderator.az xəbər verir ki, bu barədə Nizami Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Xatırladılıb ki, Bakı dairəvi magistral kollektorunda suyun kəskin artması və qəsəbənin M.Ə.Sabir və K.Əfkari küçələrinin kəsişməsindən keçən hissəsindən daşması nəticəsində ciddi fəsadlar yaranmışdı.

Bildirilib ki, Nizami rayonunun kommunal xidmət sahələri tərəfindən görülən işlər çərçivəsində ərazidə genişmiqyaslı sanitar-təmizlik işləri aparılır, həyətyanı sahələr və keçid yolları palçıq və lildən təmizlənərək yuyulur.

BHİŞ-dən vurğulanıb ki, gələcəkdə belə halların təkrarlanmaması və preventiv tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara müraciətlər ünvanlanıb.

Hazırda ərazidə davamlı olaraq dezinfeksiya işləri aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər