Azərbaycanda nazir müavininə yeni vəzifə verildi - YENİLƏNİB
Cəmiyyət
321
13:03, Bu gün

Azərbaycanda nazir müavininə yeni vəzifə verildi - YENİLƏNİB

Naxçıvanda "Sertifikatlaşdırma və Metrologiya Mərkəzi" publik hüquqi şəxs ləğv edilib.
 
Bu barədə Oxu.az-a Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 6 mart 2026-cı il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində "Sertifikatlaşdırma və Metrologiya Mərkəzi" publik hüquqi şəxs ləğv edilib.
 
Fərmana uyğun olaraq, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində mərkəzin ləğv prosesinin həyata keçirilməsi məqsədilə ləğvetmə komissiyası yaradılıb. İqtisadiyyat nazirinin müavini Tapdıq Əliyev ləğvetmə komissiyasının sədri təyin olunub.
 
12:14
 
Naxçıvan Muxtar Respublikasının sabiq iqtisadiyyat naziri Tapdıq Əliyevə yeni vəzifə verilib.
 
Moderator.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, müvafiq əmrlə Tapdıq Vaqif oğlu Əliyev "Naxçıvan Sertifikatlaşdırma Və Metrologiya Mərkəzi" publik hüquqi şəxsin direktoru təyin edilib.
 
Bundan əvvəl sözügedən qurumun direktoru Səbuhi Ələkbər oğlu Seyidov olub.
 
Qeyd edək ki, Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qərarı ilə iqtisadiyyat naziri təyin olunub və 2023-cü ilin dekabrın 8-də Ali Məclisin qərarı ilə işdən azad edilib. Elə həmin ay Tapdıq Əliyev iqtisadiyyat nazirinin müavini təyin edilmişdi.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər