Bu ərazilərdə tıxac var
Cəmiyyət
170
16:57, Bu gün

Bu ərazilərdə tıxac var

Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, təmir işləri vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması, həmçinin Ümumdünya Şəhərsalma Forumu XIII Sessiyasına (WUF13) hazırlıq işləri ilə əlaqədardır.

Bu istiqamətdə yol örtüyünün istismar vəziyyəti nəzərə alınaraq aşağıdakı ərazilərdə təmir işlərinin aparılması planlaşdırılır:

- Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücü üzərində;

- Ziya Bünyadov prospektində (metronun "Koroğlu" stansiyası istiqamətində).

İşlərin icra tarixi və müddəti:

- Aprelin 9-da saat 23:00-dan aprelin 10-da saat 07:00-dək

- Aprelin 10-da saat 23:00-dan aprelin 11-də saat 07:00-dək

Göstərilən tarixlərdə:

- Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücü üzərində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq;

- Ziya Bünyadov prospektində isə ("Koroğlu" metro stansiyası istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər